Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda seminar- müşavirə keçirilmişdir.

24 yanvar 2019 | 16:00

24 yanvar 2019-cu il tarixdə Beyləqan rayon İcra hakimiyyətinin və Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar müşavirə keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyəti başçısının birinci müavini Telman Məstanov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, rayonun idarə, müəssisə və təşkilatlarının işçiləri, din xadimləri, gənclər və rayon ictimaiyyətinin nümmayəndələri iştirak etmişdir.
Tədbirdə rayon İcra hakimiyyəti başçısının birinci müavini Telman Məstanov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı və digərləri çıxış etmişlər.
Çıxış edənlər respublikamızda dövlət din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini radikalizm və ekstremizmə qarşı ideoloji mübarizənin aparılması, ölkəmizdə tarixən mövcud olan tolerantlıq ənənələrinin qorunması haqqında geniş məlumat vermişlər.
Tədbirin sonunda dövlət-din münasibətlərinə həsr olunmuş film nümayiş etdirilmişdir.

  

 

Keçidlər