Beyləqan rayonunun Kəbirli kəndində elektrik enerjisinin təminatının yaxşılaşdırılması ilə bağlı tədbir keçirilmişdir.
31.01.2019-cu il tarixdə Beyləqan rayonunun Kəbirli kəndində “Azərişıq” ASC “Aran” Regional Elektrik Təchizatı İdarəsi ilə birlikdə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev açaraq bildirdi ki, ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət, həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafı proqramı respublikamızın inkişaf dinamikasını daha da sürətləndirir. Bütün sahələrdə olduğu kimi elektrik təsərrüfatlarının yenidən qurulması da bu inkişaf dinamikasına öz töhfəsini verməkdədir. Aparılan işlər Aran regionunda kənd təsərrüfatının, aqrar sənaye komplekslərinin dayanıqlı elektrik təchizatının təmin edilməsinə yönəlib.
Tədbirdə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev çıxış edərək qeyd etdi ki, Beyləqan rayonunda 110 kilovoltluq (kV) hava xətlərində aparılan səmərəli işlər nəticəsində rayonun Kəbirli, Birinci Şahsevən, Mil yaşayış məntəqələrində kabelləşmə işləri davam etdirilir.Görülən işlər nəticəsində yüzlərlə fermer təsərrüfatı, sahibkarlıq obyektləri, minlərlə hektar kənd təsərrüfatı sahələrinin suvarma sistemləri, eləcə də Beyləqan rayon əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olunur.
Tədbirin sonunda Kəbirli kənd sakinləri çıxış edərək, əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərə görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirdilər.
ğ