Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.

31 yanvar 2019 | 16:00

31 yanvar 2019-cu il tarixdə Beyləqan rayonun Allahyarlı kəndində əhalinin problemlərinin yerində həlli məqsədilə rayon icra hakimiyyəti başçısının səyyar qəbulu keçirilmişdir. 
Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, kənd sakinləri və ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər  iştirak etmişdir. Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə söz istəyən hər bir vətəndaşın müraciəti dinlənilib. Sakinlər çıxış edərək əhaliyə göstərilən diqqət və qayğıdan danışaraq qaz, işıq problemlərinin köklü həll olunması onların rahat yaşamasını təmin etdiyini bildiriblər. Bundan başqa Allahyarlı kəndi ilə rayon mərkəzini birləşdirən avtomobil yoluna asfalt örtüyünün çəkilməsi, Allahyarlı kənd tam orta məktəbin əsaslı təmir edilməsi, ərazidə dren kanalların  lildən təmizlənməsi barədə məsələlər qaldırılıb.
Qaldırılan məsələlər barədə aidiyyəti təşkilatlara tapşırıqlar verilib.
Rayon icra hakimiyyətinin başçısı cənab Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Allahyarlı kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər