Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabatı dinlənilmişdir.

31 yanvar 2019 | 16:00

31 yanvar 2019-cu il tarixdə Beyləqan şəhəri Heydər Əliyev Mərkəzində Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə  nümayəndəliyinin ötən ilin yekunları və qarşıda duran vəzifələri müzakirə edilmişdir. Beyləqan şəhərində hesabat dövrü ərzində xeyli işlər görülmüşdür. Belə ki, şəhər mərkəzində 1941-45-ci illərdə həlak olmuş həmvətənlilərimizin xatirəsinə ucaldılmış abidə əsaslı təmir edilmiş, 146,6 kv.m qrant piltələrlə üzlənmişdir. Abidə ətrafında 3000 kv.m sahədə abadlıq və yaşıllaşdırma işləri aparılmış, yeni müasir işıqlandırma qurğuları quraşdırılmış, fəvvarə qurulmuş, şəhərin müxtəlif küçələrində ümumilikdə 20603 kv.m sahədə yeni asfalt örtüyü salınmışdır.Bununla yanaşı H.Əliyev mərkəzinin ərazisindəki mövcud fəvvarə tamamilə yenidən qurularaq istifadəyə verilmişdir.Bu dövrdə Mənzil İstismar Sahəsinin balansında olan binaların ümumilikdə 1721 kv.m dam örtüyü sökülmüş, yeni taxta qəfəs düzəldilərək kirəmit tipli dəmir şifer vurulmuşdur.Eyni zamanda Tarix-Diyarşünaslıq Muzeyinin və Beyləqan Olimpiya İdman Kompleksinin tikintisinin son tamamlama işləri başa çatdırılaraq açılışa hazır vəziyyətə gətirilmişdir.  
Beyləqan rayonunda son iki ayda başlanmış abadlıq və quruculuq işləri şəhərin simasını əhəmiyyətli dərəcədə  dəyişmişdir. Belə ki, Bəhrəmtəpə-Ağcəbədi magistral yolundan Beyləqan rayonu istiqamətinə gələn və yeddi kəndi əhatə edən avtomobil yolunun əsaslı təmir edilməsinə başlanılmış, hazırda bu yolun son tamamlanma işləri aparılır. Bununla yanaşı əhalinin gediş-gəlişinin yaxşılaşdırılması  üçün şəhərin Magistral, M.Ə.Rəsulzadə, A.Əkbərov küçələrində yeni asfalt örtüyü salınmış, yolun kənarlarında bardurlar düzülmüş, adları qeyd olunan küçələrdə mişar daşından tikilmiş hasarlar müasir üslubda qaya daşları ilə üzlənmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. 
Tikinti-quruculuq işləri ilə yanaşı şəhərin təmizlik və yaşıllaşdırma işləri diqqət mərkəzində saxlanılmışdır. Beləliklə iməcliklər yolu ilə geniş yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir. İməcliklər zamanı rayonun görüş adlandırılan istiqamətindən rayon mərkəzinə qədər şəhərin müxtəlif yerlərində 6000 ədəddən çox qiymətli ağac və gül kolları və rayon mərkəzində isə 4000 kv.m çəmən örtüyü əkilmişdir. Hal-hazırda həmin yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi davam etdirilir. Yaz mövsümünün yaxınlaşması ilə əlaqədar hazırda avtomobil yollarının kənarlarında, eləcə də şəhərin müxtəlif yerlərində geniş təmizlik işləri aparılır.
Yığıncaqda çıxış edən Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  bölgələrə göstərilən diqqət və qayğısından, rayonda gedən sosial-iqtisadi inkişafdan danışmış, 2019-cu ildə görüləcək işlərlə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər