Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.

05 fevral 2019 | 16:00

05.02.2019-cu il tarixdə  əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayevin İkinci Şahsevən kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra hakimiyyəti başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.
Kənd sakinləri çıxış edərək əhalinin həyat şəraiti,  ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, problemlərin daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə ediblər. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev  vətəndaşların qaldırdıqları məsələləri nəzarətə götürərək həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər