Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.

14 fevral 2019 | 16:00

14.02.2019-cu il tarixdə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Beyləqan rayon İcra hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü rayonun Əmirzeyidli kəndində keçirilmişdir.
Qəbulda rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev, rayon İcra hakimiyyəti  başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri,  kənd sakinləri və ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak etmişlər.
Rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev çıxış edərək kənd sakinlərini salamladı, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdı.
Sonra kənd sakinləri onları narahat edən sosial-iqtisadi məsələlərin həlli ilə bağlı rayon rəhbərliyinə müraciət etdilər. Çıxış edən vətəndaşlar ilk öncə son illərdə respublikamızda, rayonda, eləcə də kənd ərazisində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan əhalinin daim dövlət qayğısını hiss etdiklərini qeyd etmiş, əhalinin tibbi müayinəsinin aparılması kampaniyasının bu il də davam etdirilməsinə, kəndin fasiləsiz olaraq təbii qaz və elektrik enerjisi ilə təminatına, həmçinin dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq əmək haqqı və təqaüdlərin artırılmasına, sosialyönümlü layihələrin icrasının davam etdirilməsinə, tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində rayon rəhbərliyinin köməyi  ilə həyata keçirilən uğurlu tədbirlərə görə Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Əmirzeyidli kənd sakinlərinin qaldırdığı məsələlərin həlli istiqamətində rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər vermişdir.

 

Keçidlər