Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.

19 fevral 2019 | 16:00

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.

19 fevral 2019-cu il tarixdə  Beyləqan rayonu Mil qəsəbəsində əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə  rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayevin  növbəti səyyari görüşü  keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyəti başçısının müavinləri,  aparatın şöbə müdirləri, idarə, müəssisə və təşkilat rəhbərləri, qəsəbə  sakinləri və ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak etmişdir.
    Görüşdə sakinlər tərəfindən qaldırılan müxtəlif məzmunlu məsələlər rayon rəhbəri tərəfindən dinlənilmiş, müvafiq izahatlar verilmişdir. Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində aidiyyəti üzrə bir sıra vəzifəli şəxslərə, təşkilat rəhbərlərinə tapşırıqlar verilərək  onların həlli nəzarətə götürülmüşdür.
Qəbulda çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Asif Ağayev keçirilən bu cür səyyar görüşlərin əhalinin qayğı və problemlərinin operativ həllinə geniş imkan yaratdığını bildirmişdir.
Çıxış edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib və ərazilərdə mütəmadi olaraq keçirilən səyyar qəbul və görüşlərin böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

 

Keçidlər