Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.

25 fevral 2019 | 16:00

25 fevral 2019-cu il tarixdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayevin Beyləqan rayonu Milabad qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
    Görüşdə rayon İcra hakimiyyəti başçısının müavinləri,  İcra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir. 118 nəfər sakinin iştirak etdiyi tədbiri rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 fevral 2019-cu il tarixdə Beyləqan rayonuna səfərindən, eyni zamanda Onun rəhbərliyi altında ölkədə sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən  danışdı və daha sonra sakinləri narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Rayonun Milabad qəsəbə sakinləri mülkiyyətçi Həsənov Şirin Mətləb oğlu, təqaüdçü Abbasov Fərman Nəriman oğlu, şəhid ailəsi İbrahimov Baxış Ayaz oğlu və başqaları çıxış edərək  ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bir neçə məsələ barəsində çıxış etdilər. Həmin məsələlərdən Milabad qəsəbə tam orta məktəb binasının yenidən tikilməsi, qəsəbə ərazisində şoranlaşmanın qarşısının alınması məqsədi ilə dren şəbəkələrinin lildən təmizlənməsi, şəhid ailələrinin mənzil-məişət məsələlərin yaxşılaşdırılması və digər məsələlərin aradan qaldırılması istiqamətində öz  təkliflərini verdilər.    Rayon İcra Hakimiyyəti başçısı cənab Asif Ağayev sakinləri dinləyərək həmin məsələlərin nəzratə götürülməsi və qısa zaman ərzində həll olunması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verdi.

 

Keçidlər