Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.
05 mart 2019-cu il tarixdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayevin Beyləqan rayonun Aşağı Çəmənli kənd sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Qəbulda rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev, rayon İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri və ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak etmişlər.
Rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev çıxış edərək kənd sakinlərini salamladı, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.
Kənd sakinləri onları narahat edən sosial-iqtisadi məsələlərin həlli ilə bağlı rayon rəhbərliyinə müraciət etdilər. Çıxış edən vətəndaşlar ilk öncə son illərdə respublikamızda, rayonda, eləcə də kənd ərazisində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan əhalinin daim dövlət qayğısını hiss etdiklərini qeyd etmiş, rayon rəhbərliyinin köməyi ilə həyata keçirilən uğurlu tədbirlərə görə Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər. Tədbirdə ərazidə istifadə olunan su arxlarının lildən təmizlənməsi, Aşağı Çəmənli kəndinə elekterik enerjisinin fasiləsiz verilməsi məqsədi ilə kabelləşmə işlərinin aparılması, şəhid ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlər barədə müraciətlər eedilmişdir.
Sonda Aşağı Çəmənli kənd sakinləri tərəfindən qaldırılan bəzi məsələlər yerində öz həllini tapmış, rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev digər məsələlərin həlli istiqamətində aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə lazımi tapşırıq və tövsiyələr vermişdir.