Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.

12 mart 2019 | 16:00

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.

Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon icra hakimiyyəti başçısının qəsəbə və kəndlərdə mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir. Növbəti səyyar qəbul-görüş Şəfəq qəsəbəsində keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev sakinləri salamladı və qəsəbə sakinlərinə söz verərək onları narahat edən məsələlər haqqında danışmalarını xahiş etdi.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlər çıxış edərək əhaliyə göstərilən diqqət və qayğıdan danışaraq qaz, işıq problemlərinin olmadığını qeyd etdilər. Çıxışlar zamanı qəsəbə ərazisindı dren-kollektor şəbəkələrinin lildən təmizlənməsi, yeni salınmış məhəlləyə içməlin suyun çəkilməsi, qəsəbə ərazisinə əlavə zibil qutularının qoyulması və digər məsələlər qaldırılmışdır. Rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verdi.
Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev  rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışdı. Qeyd etdi ki, rayonumuzun inkişafı istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcəkdir. Qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, Beyləqan rayon ərazisində və eyni zamanda Şəfəq qəsəbəsində görülmüş abadlıq-quruculuq işlərinə, göstərilən diqqət və qayğıya görə görə Ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər