Beyləqanda Novruz Bayramı ilə bağlı el şənliyi keçririlmişdir.
18 mart 2019-cu il tarixdə Beyləqan şəhərinin bayramsayağı bəzədilmiş mərkəzi meydanında Novruz bayramı münasibəti ilə el şənliyi keçrirlmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev, Milli Məclisin deputatı cənab Şahin İsmayılov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilatların kollektivkləri, ictimai təşklatların nümayəndələri, məktəblilər,“ N”saylı hərbi hissənin əsgərləri, mətbuat nümayəndələri və rayon ictimaiyyəti iştirak etmişdir.
Rayon icra hakimiyyətinin başçısı cənab Asif Ağayev tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etmiş, xoş arzularını bildirmişdir.
El şənliyində rayon incəsənət ustaları və özfəaliyyət kollektivləri, tədbirə dəvət olunmuş kəndirbazlar, pəhlivanlar qrupu maraqlı çıxışları ilə tədbir iştirakçılarında xoş əhval ruhiyyə yaratmışdır.
Rayonun hər bir kənd və qəsəbələrinin nümayəndələri tərəfindən Mədəniyyət və İstirahət parkında bayram süfrəsi açılmış, milli adətlərimiz, folklorumuz, şirniyyatlar, xalq tətbiqi sənəti nümunələri nümayiş etdirilmişdir.