Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi ilə bağlı Beyləqan rayonunda tədbir keçirilmişdir.

27 mart 2019 | 16:00

27 mart 2019-cu il tarixdə Azərbaycan Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi və əməkdaşlarının peşə bayramı münasibətilə Heydər Əliyev mərkəzində tədbir keçirilmişdir.
Tədbirdən öncə rayon icra hakimiyyətinin başçısı cənab Asif Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Dövlət Təhlükəsizliyi Xidməti Beyləqan rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzmüşlər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ilk öncə Azərbaycan Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyinə həsr olunmuş film nümayiş etdirilmişdir.Tədbiri giriş sözü ilə açan  rayon icra hakimiyyətinin başçısı cənab Asif AğayevAzərbaycan Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi və peşə bayramı münasibətilə təhlükəsizlik xidməti orqanlarında çalışan əməkdaşları təbrik etmişdir.

Cənab Asif Ağayev qeyd etmişdir ki, zəngin və mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.                                                                                
Milli təhlükəsizlik orqanlarının Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin olunmasında xüsusi yeri və rolu vardır. Sabitliyin və təhlükəsizliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizənin düzgün və ciddi şəkildə aparılması Azərbaycanın inkişafına mühüm töhfə verən amillərdir.  
   Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin qayğısı ilə daim təkmilləşən Dövlət Təhlükəsizliyi Xidməti hazırda inkişafının yeni mərhələsinə qədəm qoyub.Keçmişin ən ümdə şanlı dəyərlərini özündə əks etdirməklə gələcəyə hesablanmış uğurlu dövlətçilik strategiyası bu gün müstəqil ölkəmizdə bütün sahələrdə olduğu kimi,  dövlət  təhlükəsizlik istiqamətində də  layiqli şəkildə davam etdirilməkdədir.
Bu gün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Azərbaycan Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının əməkdaşları peşəkarlıq və müasir iş üslubu ilə çalışaraq xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyurlar. Ulu Öndərin şərəfli məktəbinin davamçılarını təbrik edir, xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, sabitliyin, əmin-amanlığın qorunması sahəsində fəaliyyətlərində uğurlar arzulayırıq.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Beyləqan rayon şöbəsinin rəisi cənab Nadir Bağırov keçirilən tədbirə və təbrikə görə təşəkkür etmiş, Təhlükəsizlik Orqanları əməkdaşlarına göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Beyləqan rayon Ağsaqqallar şurasının üzvü Vahid Quliyev, rayon prokuroru Azər Osmanov, rayon polis şöbəsinin rəisi Rəşid Piriyev və Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Rəfail Pəsiyev təbriklərə qoşulmuş və peşə bayramı münasibətilə Təhlükəsizlik orqanları əməkdaşlarını təbrik etmişlər.
Tədbirin sonunda Azərbaycan Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının yaradılmasının 100 illik yubileyi və əməkdaşlarının peşə bayramı münasibətilə  bir qrup əməkdaş Beyləqan rayonu İcra hakimiyyətinin “Fəxri Fərmanı” ilə təltif olunmuşdur.

 

Keçidlər