Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.

28 mart 2019 | 16:00

Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon icra hakimiyyəti başçısının qəsəbə və kəndlərdə mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir. Növbəti səyyar qəbul 28 mart 2019-cu il tarixdə rayonun  Yeni Mil qəsəbəsində keçirilmişdir. 
Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, kənd sakinləri və ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər  iştirak etmişdir. Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə söz istəyən hər bir vətəndaşın müraciəti dinlənildi. Sakinlər çıxış edərək əhaliyə göstərilən diqqət və qayğıdan danışaraq qaz, işıq problemlərinin köklü həll olunması onların rahat yaşamasını təmin etdiyini bildirdilər. Bundan başqa qəsəbənin içməli su təminatının yaxşılaşdırılması,  ərazidə yeni dren şəbəkəsinin çəkilməsi və digər məsələlər barədə müraciətlər olunmuşdur. Qaldırılan məsələlər barədə aidiyyəti təşkilatlara tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı cənab Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Yeni Mil qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər