Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir” devizi altında tədbir keçirilmişdir

01 aprel 2019 | 16:00

01 aprel  2019-cu il tarixdə rayon Mədəniyyət Sarayında 2016-cı ilin aprel zəfərinin 3-cü ildönümünə həsr olunmuş “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir” devizi altında Azərbaycan Respublikasının Müdafiə  Nazirliyi ilə Beyləqan rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə vətənpərvərlik tədbiri keçirildi.
Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev, Xocavənd rayon İcra hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov, Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı cənab Kamal Həsənov, Müdafiə Nazirliyinin Korpus Komandiri, general-mayor cənab Mais Bərxudarov, Müdafiə nazirliyinin zabitləri, əsgərlər, şəhid ailələri, veteranlar, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, gənclər və ictimaiyyət nümayəndələri  iştirak edirdi.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev aprel döyüşləri, o cümlədən  Lələtəpə əməliyyatı haqqında  geniş məlumat verərək həmin döyüşlərdə qazanılan qələbə nəticəsində Azərbaycan xalqında böyük ruh yüksəkliyinin yarandığını bildirdi.
Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı cənab Kamal Həsənov, Xocavənd rayon İcra hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov, Müdafiə Nazirliyinin Korpus Komandiri, general-mayor cənab Mais Bərxudarov çıxışlarında Lələtəpə də qazanılan qələbənin mahiyyətindən və həmin döyüşlərdə Azərbaycan ordusunun göstərdiyi şücaət və qəhrəmanlığı haqqında tədbir iştitakçılarına geniş məlumat verdilər.
Tədbir bədii proqramla davam  etdirildi.

 

Keçidlər