Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.

16 aprel 2019 | 16:00

       Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon icra hakimiyyəti başçısının qəsəbə və kəndlərdə mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir. Növbəti səyyar qəbul 16 aprel 2019-cu il tarixdə rayonun Əlinəzərli kəndində keçirilmişdir.

       Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, kənd sakinləri və ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak etmişdir. Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.

       Görüşdə söz istəyən Əlinəzərli kənd sakini, təqaüdçü Məmmədov İsa Zeynal oğlu keçmiş “Teymur” adı ilə tanınan suvarma kanalının bərpa olunması və Araz suyunun verilməsini, Mehdiyev Zahid Aslan oğlu Əlinəzərli kənd tam orta məktəbin əsaslı təmiri, Həsənov Mamed Şahlar oğlu dren kanallarının lildən təmizlənməsi və kənddaxili yolların təmir olunmasını, Quliyeva Əfruz Mürsəl qızı içməli su təminatının yaxşılaşdırılmasını xahiş etmişlər. Qaldırılan məsələlərin bir qismi yerində həll edilmiş, digər məsələlərin həlli istiqamətində aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar və tövsiyələr verilmişdir.

       Rayon icra hakimiyyətinin başçısı cənab Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

       Əlinəzərli kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər