Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “İşsizin DOSTu” proqramı haqqı ödənilən ictimai işlərin təşkili işlərinin sistemli və şəffaf şəkildə qurulmasına və genişləndirilməsinə xidmət edir.

19 aprel 2019 | 16:00

        Azərbaycan Respublikası Prezdentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 9-cu bəndinə əsasən ölkədə əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, əhalinin məşğulluq  imkanlarının genişləndirilməsi, əmək bazarında aktivliyin və regionlarda iş yerlərinin artırılması məqsədi ilə “ Məşğulluq haqqında ” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq haqqı ödənilən ictimai işlərin təşkilinin təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır.
       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında hazırlanmış “İşsizin DOSTu” proqramının cari ilin əvvəlindən icrasına başlanılıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” MMC tərəfindən icra olunur.
      “İşsizin DOSTu” proqramı haqqı ödənilən ictimai işlərin təşkili işlərinin sistemli və şəffaf şəkildə qurulmasına və genişləndirilməsinə xidmət edir. Proqram çərçivəsində ictimai işlərə cəlb olunan vətəndaşlar rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olub, münasib iş üçün müraciət edən şəxslər arasından müəyyən edilir.Müəyyən edilmiş şəxslərin sənədləri rayon Məşğulluq Mərkəzinin göndərişi əsasında “DOST İş Mərkəzi” MMC-yə göndərilir və işaxtaran şəxslərlə “DOST İş Mərkəzi” MMC arasında əmək müqaviləsi imzalanaraq ictimai işlərə cəlb olunur.Bu zaman həssas qruplardan olanlara (əlilliyi olanlara, məcburi köçkünlərə, şəhid ailəsi üzvlərinə və b.) üstünlük verilir.
        “Məşğulluq haqqında” Qanununa əsasən, haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə təşkil edilir və bu iş yerləri ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyırlar. Ödənişli ictimai işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir.
          Bu işlər Beyləqan rayonu üzrə uğurla icra olunur. Ictimai işlərə təhkim olunmaları üçün Beyləqan rayonu üzrə müəyyən olunmuş 320 vakansiyanın 313-ü artıq doldurulmuş və ictimai işlərə cəlb olunmuşdur.
       Ölkə başçısının tapşırığına uygun olaraq əhalinin məşğulluğunun təmin olunmasına kömək məqsədilə “SOCAR” şirkətində 53, “Azərişıq” şirkətində 30 və “Azərenerji” şirkətində isə 4 yeni iş yeri açılmışdır. Tələb olunan vəzifələr  üzrə vakansiyalara Beyləqan rayon Məşğulluq  Mərkəzində  işaxtaran və işsiz kimi qeydiyyatda olan şəxslər göndəriş əsasında müraciət edə bilərlər.
          Bu gündə boş qalmış və yeni açılmış vakant yerlərə işçi qəbulu davam etdirilir.

           Vakansiyada qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər, elektrik mühəndisliyi üzrə ilk peşə-ixtisas təhsilli şəxslərə üstünlük verilir.

Keçidlər