Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul rayonun Təzəkənd kəndində keçirilmişdir.

30 aprel 2019 | 16:00

       Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon icra hakimiyyəti başçısının qəsəbə və kəndlərdə mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir. Növbəti səyyar qəbul 30 aprel 2019-cu il tarixdə rayonun  Təzəkənd kəndində keçirilmişdir. 
       Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, kənd sakinləri və ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər  iştirak etmişdir. Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
      Görüşdə söz istəyən Təzəkənd kənd tam orta məktəbin müəllimi Məmmədov İxtiyar Məmmədxan oğlu kənd tam orta məktəb binasının yenidən tikilməsini xahiş etdi. Vətəndaşa izah olundu ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Təzəkənd kənd tam orta məktəbin tikintisi nəzərdə tutulmuşdur.
       Kənd sakini Hüseynov Nizami Muxtar oğlu Təzəkənd kəndi ərazisində istismar müddəti başa çatmış elektrik naqillərinin dəyişdirilməsini xahiş etdi. Vətəndaşa izah olundu ki, hazırda digər kəndlərdə kabelləşmə işləri davam etdirilir. Növbəlilik əsasında Təzəkənd kəndi ərazisində də SİB kabellərin çəkilməsi nəzərdə tutulmuşdur.  
     Təzəkənd  kənd sakini Hüseynov Bayram İsmayıl oğlu pay torpaq sahələrinin suvarılması üçün suvarma suyunun verilməsini xahiş etdi. Vətəndaşa izah olundu ki, hal-hazırda suvarma suyunun verilməsində çətinlik yaranmayıb. Mövsüm ərzində suvarma suyunun verilməsi üçün rayon Suvarma Sistemləri İdarəsinin müdirinə müvafiq tapşırıqlar verildi.
       Kənd sakini Nəcəfov Adil Xanalı oğlu işlə təmin olunmasına köməklik edilməsini xahiş etdi. Vətəndaşa izah olundu ki, müvafiq sənədlərini toplayaraq rayon Məşğulluq Mərkəzinə müraciət etdikdən sonra “DOST iş mərkəzi” MMC-də işlə təmin olunacaqdır. Qeyd olunan məsələnin həlli istiqamətində  rayon Məşğulluq Mərkəzinin müdirinə müvafiq tapşırıqlar verildi.
       Təzəkənd  kənd sakini Həsənov Əlövsət Həsən oğlu çıxış edərək kəndin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədi ilə ərazidə bir ədəd artezian quyusunun qazılmasını xahiş etdi. Təzəkənd kəndi ərazisində yeni artezian qususunun qazılması məqsədi ilə rayon Subartezian Quyularının İstismarı İdarəsinin müdirinə müvafiq tapşırıqlar verildi.
       Şəmmədov Elvin İman oğlu çıxış edərək Təzəkənd kəndinin daxili məhəllə yollarının təmir olunması xahiş etdi. Qeyd olunan məsələnin həlli istiqamətində Təzəkənd bələdiyyəsinin sədrinə lazımi tövsiyələr verildi.
       Rayon icra hakimiyyətinin başçısı cənab Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
       Təzəkənd kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezidenti cənab İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər