Şriftin ölçüsü :

Saytın rəngi :

“Dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması dövründə və meşələrin yanğın təhlükəsizliyi” mövzusunda seminar-müşavirə keçirilmişdir.

02 may 2019 | 16:00

       Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və ətraf rayonların məsul şəxslərinin iştirakı ilə 02 may 2019-cu il tarixdə Beyləqan rayon Mədəniyyət Sarayında “Dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması dövründə  və meşələrin yanğın təhlükəsizliyi” mövzusunda seminar-müşavirə keçirilmişdir.
       İlk öncə tədbir iştirakçıları tərəfindən Ulu Öndərin Beyləqan şəhər mərkəzində ucaldılmış abidəsi ziyarət edilmiş, abidə önünə tər gül dəstələri qoyulmuşdur.
     Tədbiri giriş sözü ilə açan Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev  baş verə biləcək fövqəladə halların qarşısının alınmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan diqqət və qayğının məhz bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi.  Asif Ağayev bildirdi ki, dənli və texniki bitkilərin yetişdirilməsi, tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb etdiyindən ölkəmizdə bu sahənin inkişafı daim diqqət mərkəzində saxlanılır.
       Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət pokovniki Elvin Hacıyev, Qarabağ Regional Mərkəzin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Ruslan Zeynalov çıxış edərək dənli və texniki bitkilərin yığımı, daşınması və emalı dövründə təhlükəsizlik qaydalarına, eləcə də müəyyən edilmiş normalara riayət edilməsi tək Fövqəladə hallar orqanı əməkdaşlarının işi deyil, hər bir vətəndaşın borcu olduğunu, yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi nəticəsində növbəti illərdə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınmasında mühüm rol oynayacağını qeyd etdilər.
       Təbii hadisələrin tüğyan etdiyi müasir dövrümüzdə heç kim unutmamalıdır ki, hər bir insan bu və ya digər hallarda meşələrdən bəhrələnir, onun sərvətindən istifadə edir. Meşələr torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya – gigiyena baxımından saflaşdırır, təbiətdə maddələr mübadiləsində və enerjinin bioloji dövriyyəsində əvəzsiz rol oynayır. Meşələrin məhv olmasının əsas səbəblərindən biri onun xüsusən yay aylarında yanğınlara məruz qalmasıdır.
       Bəzən ayrı-ayrı insanların meşə təsərrüfatına qayğısızlığı, onun qorunub-saxlanılmasına laqeydliyi meşə ərazisində kortəbii, idarə olunmayan alovun yayılması və bütün ərazidəki bitki örtüyünün təbii surətdə yanması ilə nəticələnən meşə yanğınlarını törədərək təbiətin bu əvəzsiz nemətinin məhv olmasına gətirib çıxarır. İnsanların həyat və fəaliyyətində mühüm rol oynayan, sözün həqiqi mənasında onların qayğısına qalan meşələrin özünün daim qayğıya ehtiyacı var. Meşələrdən bəhrələnmək, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onun gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur.

   

Keçidlər