Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul rayonun Aşıqalılar kəndində keçirilmişdir.

07 may 2019 | 16:00

Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon icra hakimiyyəti başçısının növbəti səyyar qəbulu 07 may 2019-cu il tarixdə rayonun  Aşıqalılar kəndində keçirilmişdir. 
Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, kənd sakinləri və ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər  iştirak etmişdir. Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə söz istəyən Aşıqalılar kənd sakini, təqaüdçü Hüseynov Allahyar Həsən oğlu kəndə yaxın ərazidə Kapital banka məxsus bankomat qoyulmasını xahiş etdi. Vətəndaşa bildirildi ki, onun xahişi nəzərə alınaraq aidiyyəti üzrə Kapital bankın rəhbərliyinə müraciət olunacaqdır.
Kənd sakini Orucov Zakir Məhəmməd oğlu Aşıqalılar kəndi ərazisində istismar müddəti başa çatmış elektrik naqillərinin dəyişdirilməsini xahiş etdi. Vətəndaşa izah olundu ki, hazırda digər kəndlərdə kabelləşmə işləri davam etdirilir. Növbəlilik əsasında Aşıqalılar kəndi ərazisində də SİB kabellərin çəkilməsi nəzərdə tutulmuşdur.  
Aşıqalılar  kənd sakini Həsənov Şakir Hüsən oğlu pay torpaq sahələrinin suvarılması üçün suvarma suyunun verilməsini xahiş etdi. Vətəndaşa izah olundu ki, hazırda suvarma suyunun verilməsində çətinlik yaranmayıb. Mövsüm ərzində suvarma suyunun verilməsi üçün rayon Suvarma Sistemləri İdarəsinin müdirinə müvafiq tapşırıqlar verildi.
Kənd sakini Mustafayev Asif Ağasəlim oğlu işlə təmin olunmasına köməklik edilməsini xahiş etdi. Vətəndaşa izah olundu ki, müvafiq sənədlərini toplayaraq rayon Məşğulluq Mərkəzinə müraciət etdikdən sonra “DOST iş mərkəzi” MMC-də işlə təmin olunacaqdır. Qeyd olunan məsələnin həlli istiqamətində  rayon Məşğulluq Mərkəzinin müdirinə müvafiq tapşırıqlar verildi.
Aşıqalılar kənd sakini Babayev Habil İbad oğlu və Hüseynov Allahyar Həsən oğlu çıxış edərək şəkərli diabet xəstələri üçün ölçü cihazının verilməsini xahiş etdilər. Beyləqan Mərkəzi Rayon Xəstəxanası tərəfindən vətəndaşlar həmin ölçü aparatı ilə təmin edildilər.
Mülkiyyətçi Məmmədov Ramin Səfər oğlu çıxış edərək yeni tikdiyi yaşayış evinin kənarından keçən telekommunikasiya xəttinin dəyişdirilməsini xahiş etdi. Qeyd olunan məsələnin yerində araşdırılması və müvafiq tədbir görülməsi məqsədi ilə rayon Telekommunikasiya Qovşağının müdirinə müvafiq  tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Aşıqalılar kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər