Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.

10 may 2019 | 16:00

       10 may 2019 cu-il tarixdə Beyləqan rayonu Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
     Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev,”N” saylı hərbi hissənin zabit və əsgərləri,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,idarə,müəssisə və təşkilatların kollektivləri,rayon Təhsil şöbəsinin müəllim və şagirdləri,ictimaiyyət və mətbuat nümayəndələri iştirak etmişlər.
         İlk öncə tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş və abidə önünə tər gül dəstələri düzülmüşdür.
       Sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunmuş kitab sərgisinə, məktəblilərin rəsm və əl işlərinə, vətənpərvərlik mövzusunda hazırlanmış ədəbi-bədii kompozisiyalara baxış keçirilmiş,Heydər Əliyevə həsr olunmuş mahnı və şeirlər dinlənilmişdir.
Heydər Əliyev Mərkəzinin iclas zalında Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolundan bəhs edən “Heydər Əliyev-Azərbaycan” videoçarxı nümayiş etdirildikdən sonra, tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev haqqında geniş məlumat verərək qeyd etdi ki, bütün mənalı ömrünü hədsiz dərəcədə sevdiyi Vətənin tərəqqisinə həsr etməklə Heydər Əliyev hələ sovet hakimiyyəti dövründən başlayaraq uzaqgörənliklə dövlət müstəqilliyimiz üçün zəmin hazırlayaraq, bu gün çoxlarının həsəd apardığı Azərbaycanın böyük iqtisadi, elmi və mədəni potensialını yaratmışdır. Müstəqillik yolunda ilk kövrək addımlarını atarkən xarici və daxili təzyiqlərə məruz qalan milli dövlətçiliyimiz məhz Heydər Əliyev müdrikliyinin, fədakarlığının, qətiyyətinin və yenilməz iradəsinin sayəsində xilas olaraq yeni inkişaf dövrünə qədəm qoymuş, müstəqilliyimiz dönməz xarakter almışdır. 
      Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev Azərbaycan xalqının yekdil iradəsi ilə hakimiyyətə gəldiyi andan Ümummilli Liderimiz Heydər Əliyevin kursunu öz siyasi kursu elan etmiş və bu kurs hazırda uğurla davam etdirilir. Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmiz böyük inkişaf  yolundadır.
        Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Yeganə Məmmədova,Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Rəfail Pəsiyev,rayon Mərkəzi Xəstəxanasının bas həkimi Əli Məmmədov və rayon Təhsil şöbəsinin tarix müəllimləri Məhbubə Cəfərova və Cəlil Məmmədov çıxış edərək Ulu Öndərin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışdılar. Qeyd edildi ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib.Eyni zamanda vurğulandı ki, müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır.

 

Keçidlər