Şriftin ölçüsü :

Saytın rəngi :

“Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü” münasibəti ilə Beyləqan rayonu Xaçınabad kəndinə təbii qazın verilməsinin açılışına həsr olunmuş tədbir keçirilmişdir.

10 may 2019 | 16:00

       Tədbirdə Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Beyləqan rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığından, yaşayış məntəqələrinin bir-birinin ardınca qazlaşdırıldığından danışmışdır.
       Asif Ağayev çıxışı zamanı bildirdi ki, Beyləqan rayonunda təbii qaz xəttinin çəkilşi 2008-ci ildən başlanılmış, bundan sonra ardıcıl olaraq rayon üzrə 16 qəsəbə, 25 kənd olmaqla ümumilikdə 42 yaşayış məntəqəsinə təbii qazın verilməsi təmin edilmişdir. Beyləqan rayonu Xaçınabad kəndində 77 abonentə təbii qazın verilməsi həyata keçirilmiş, bununlada Beyləqan rayonunda təbii qazdan istifadə edən abonentlərin sayı 19977 olmaqla təbii qazın çəkilişi 100 faiz yerinə yetirilmişdir.
       Daha sonra çıxış edən “Azəriqaz” İstehsalat birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Azər Musayev təbii qazın verilməsi münasibəti ilə Xaçınabad kənd sakinlərini təbrik etdi.
       Kənd sakinləri Şükürov Ələsgər Polu oğlu, Əliyev Əli Fərman oğlu və Nəzərəliyeva Könül Hüseyn qızı  çıxış edərək Xaçınabad kəndinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
       Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinlərlə birlikdə Xaçınabad kəndinə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışlar.

Keçidlər