Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul rayonun Əhmədli kəndində keçirilmişdir.

16 may 2019 | 16:00

       Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon icra hakimiyyəti başçısı Asif Ağayevin 16 may 2019-cu il tarixdə rayonun  Əhmədli kənd inzibati ərazi dairəsində növbəti səyyar görüşü keçirilmişdir.
      Görüşdə  Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əflatun Rufiyev, rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak etmişdir.
       Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
       Görüşdə söz istəyən Əhmədli kənd sakini, mülkiyyətçi Ələşrəfov Arzuman İslam oğlu sərhəd zonasında olan pay torpaq sahəsinə gedən yolun  təmir olunmasını xahiş etdi. Qaldırılan məsələnin həlli məqsədi ilə Beyləqan rayon “37 saylı Yol İstismarı” MMC-nin direktoruna və bələdiyyə sədrinə müvafiq tapşırıq və tövsiyyələr verildi. 
       Əhmədli kənd sakini, mülkiyyətçi Əliyev İlham Abbas oğlu  torpaq sahəsinin mütəmadi suvarılması üçün suvarma suyunun verilməsini xahiş etdi. İzah olundu ki, hazırda suvarma suyunun verilməsində heç bir çətinlik yoxdur. Mövsüm ərzində növbəlilik əsasında suvarma suyunun verilməsi təmin olunacaqdır.
      Kənd sakini Talıbov Amil Qafar oğlu  pay torpaq sahəsinin yanından keçən dren kollektorun təmir olunmasını və lildən təmizlənməsini xahiş etdi. Vətəndaşa izah olundu ki, mövcud olan dren kanallarının lildən təmizlənməsi işi həyata keçirilir. Hazırda Meliorasiya idarəsinin texnikası həmin ərazidə iş aparır. 
      Əhmədli kənd sakini Quliyeva Ramilə Əli qızı pay torpaq sahəsinin yerini dəyişdiyini qeyd edərək həmin torpaq sahəsinə dövlət aktını alınması üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etdi.  İzah olundu ki, qeyd olunan torpaq sahəsinə Əhmədli bələdiyyəsi tərəfindən müvafiq sənədlər verilmişdir. Odur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinə müraciət etməsi vətəndaşa tövsiyə olunmuşdur. 
       Əhmədli kənd sakini Əliyev Təbriz Sabir oğlu işlə təmin olunmasına   köməklik edilməsini xahiş etdi. Vətəndaşa bildirildi ki, müvafiq sənədlərini toplayaraq rayon Məşğulluq Mərkəzinə müraciət etdikdən sonra “DOST iş mərkəzi” MMC-də işlə təmin olunacaqdır. Qeyd olunan məsələnin həlli istiqamətində  rayon Məşğulluq Mərkəzinin müdirinə müvafiq tapşırıqlar verildi.
       Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
     Əhmədli kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər