Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

16 may 2019 | 16:00

        16 may 2019-cu il tarixdə Beyləqan rayon Heydər Əliyev Mərkəzində Beyləqan rayonunda 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
       Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əflatun Rufiyev, rayonun idarə, müəssisə, və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəalları, kütləvi informasiya vasitələrinin  nümayəndələri iştirak etmişdir. 
        Yığıncaq iştirakçıları əvvəlcə Beyləqan şəhər mərkəzində ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
          Daha sonra Beyləqan rayon İcra hakimiyyətinin başçısı  cənab Asif Ağayev hesabat məruzəsi ilə çıxış etmişdir.                                  

       Hörmətli qonaqlar!
       Hörmətli müşavirə iştirakçıları!
        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin aprelin 30-da 2019-cu ilin üç ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Bu gün biz 2019-cu ilin üç ayının yekunlarını müzakirə edəcək, görüləcək işlər  haqqında danışacağıq.
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında aparılan sosial və iqtisadi islahatların alternativi olmadığını və 2019-cu ilin ölkəmiz üçün uğurlu il olacağını qeyd etmişdir.
     13 fevral 2019-cu il beyləqanlılar üçün ən əlamətdar gün olmuşdur. Belə ki, həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonumuza tarixi səfər etdi. Səfər çərçivəsində bir neçə sosial-idman obyektlərinin və yolların açılışında iştirak edən, əhali ilə çox səmimi şəraitdə görüşən Ölkə Rəhbəri bir daha öz xalqının yanında olduğunu sübut edərək öz əməli ilə hər birimizə bir nümunə göstərdi.
Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Belə layihələrdən biri Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun, digəri isə Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun tikintisidir. Bu yollar ümumilikdə 48 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləsdirir. Sevindirici haldır ki, Dövlət başçısı həmin yolun rəmzi açılışını bildirən lenti kəsmişdir.
       Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsini artırmaq, onların potensialını üzə çıxarmaq və ümumilikdə idmanın kütləviliyini artırmaq Ölkə Rəhbərinin daim diqqət mərkəzində olmuşdur. Məhz bu diqqət və qayğının bariz nümunəsidir ki, rayonumuzda Cənab Prezidentin sərəncamına uyğun olaraq, ümumi ərazisi 2.6 hektar, 820 tamaşaçı yeri, 50 yerlik müasir mehmanxanası, stolüstü tennis, bilyard, Şərq döyüş və trenajor, boks, güləş zalları, üzgüçülük hovuzu olan və ölkəmizdə sayca 45-ci Olimpiya kompleksi istifadəyə verildi.
     Şanlı tariximizin gənclərə dərindən öyrədilməsi və gələcək nəsillərə çatdırılması baxımından Tarix-Diyarşünaslıq Muzeylərinin müstəsna əhəmiyyəti vardır. Səfər çərçivəsində Ölkə Rəhbəri cənab İlham Əliyev muzeyin açılışında iştirak etmiş, yenidənqurmadan sonra muzeydə yaradılan şəraitlə və muzeydəki 6087 adda eksponatla tanış olmuşdur.
       Hörmətli müşavirə iştirakçıları,
       Azərbaycanın iqtisadi inkişafı Silahlı Qüvvələrin də müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb.
       Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Beyləqan rayonun 13 hektar ərazisində yeni inşa edilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olmuşdur.
       Beyləqan rayonunda energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi prioritet məsələlərindən olmuşdur. Bu illərdə rayonda xeyli hava xətləri çəkilmiş, bir sıra kəndlərin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənmişdir. Hazırda bu işlər digər kəndlərdə davam etdirilir. Səfər çərçivəsində Prezident İlham Əliyev rayonda yenidən qurulan 110/35/10 KV-luq “Beyləqan-1” yarımstansiyasının açılışında iştirak etmişdir.
Bu tarixi səfərin ən yadda qalan məqamlarından biri də Ölkə Rəhbərinin şəhərdə yerləşən Mədəniyyət və İstirahət parkında  istirahət edən rayon sakinləri ilə görüşü olmuşdur. Görüş ərəfəsində Cənab Prezident sakinləri dinləmiş, onların həyat şəraiti ilə maraqlanaraq müvafiq tapşırıqlar vermişdir. Əhali Ölkə rəhbərini hərarətlə qarşılamışlar.
       Fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulan Prezident İlham Əliyev hər zaman qazanılan nailiyyətlərdən bəhs edərkən böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Elə bütün bunların nəticəsidir ki, bu gün Azərbaycanda Prezident xalqına güvənir, xalq isə öz liderinə inanır.  Hər bir addımını xalqın mənafeyinə uyğun atması cənab İlham Əliyevə ümumxalq sevgisi qazandırıb.
       Daim xalqın yanında olmaq, onun çətinliklərini öyrənmək və problemlərin operativ həlli istiqamətində tədbirlər görmək Prezidentin iş tərzidir. İş qrafiki nə qədər zəngin və ağır olsa da, dövlət başçısı hər zaman xalqın marağını üstün tutaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyib. Azərbaycan xalqı da həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub və hər zaman olacaqdır.
    Saysız-hesabsız görüşləri, insanları səbirlə dinləməsi, onların hər bir məsləhətlərini, arzu və təkliflərini nəzərə alması Prezidentin həqiqətən hər bir azərbaycanlının sevimli rəhbəri olmasından xəbər verir. Bizim rayon sakinləri ilə keçirilən görüş buna bariz bir nümunə oldu. Bu görüş biz beyləqanlıların yaddaşından heç zaman silinməyəcək.
     Ən qürurverici hallardan biri də Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəsmi "İnstagram" səhifəsində  bütün beyləqanlılara Prezident cənab İlham Əliyevə göstərilən səmimi qəbula görə təşəkkürünü bildirməsidir.
      İcazə verin öz adımdan və  rayon ictimaiyyəti adından Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkür və minnətdarlığımızı bildirim, onlara işlərində böyük uğurlar arzulayım.
       Hörmətli müşavirə iştirakçıları!
     Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tələblərinə uyğun olaraq Beyləqan rayonunda kənd təsərrüfatının və sənayenin inkişafı Ekologiya və təbii sərvətlərdən səmərəli istifadə edilməsi, nəqliyyat-yol infrastrukturunun, elektrik enerjisinin, istilik və qaz təchizatının, su təsərrüfatı və kanalizasiya sistemləri xidmətlərinin yaxşılaşdırılması, aqrar sektorun meliorasiya-irriqasiya və digər infrastrukturun təminatı, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin inkişafı və  yeniləşməsi kimi həlli vacib olan mühüm tədbirlər nəzərdə tutulmuşdur. Həmin tədbirlərin icrası istiqamətində görülən işlər  sayəsində rayonun  sosial-iqtisadi inkişafında müəyyən irəliləyişlərə nail olunmuşdur.
       Hesabat dövründə Beyləqan şəhərində xeyli işlər görülmüşdür.  Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında abadlıq və quruculuq işlərinin icrası ilə bağlı başlanmış abadlıq və quruculuq işləri onu deməyə əsas verir ki, şəhərin siması  yaxın zamanlarda əhəmiyyətli dərəcədə dəyişərək inkişaf etmiş şəhərlər sırasına qoşulacaqdır.
       Beyləqan şəhərində başlanmış tikinti quruculuq işləri böyük vüsət almışdır. Belə ki, Heydər Əliyev parkında işıq dirəkləri dəyişdirilmiş, fəvvarələrin içərisindəki mozayka daşlar sökülərək yenisi ilə əvəz olunmuş, abidənin ətrafında olan mərmər daşları yenilənmişdir. Sakinlərin istirahətini təmin etmək məqsədi ilə parka 10 ədəd oturacaq və zibil qutuları quraşdırılmış, ümumilikdə park ərazisində 480 kvm qazon əkilmişdir.  Eyni zamanda görülən işlərin davamı olaraq Heydər Əliyev prospektində 46 kvm aqlay üzlük yenisi ilə əvəz olunmuş, 1890 kvm qazon, 1500 ədəd qızıl gül kolları əkilmişdir.
      Hesabat dövründə Bəhrəmtəpə-Ağcəbədi magistralından Beyləqan şəhəri istiqamətinə gələn və yeddi yaşayış məntəqəsini əhatə edən respublika əhəmiyyətli avtomobil yolu əsaslı təmir edilmiş, yolun üzərində yerləşən Birinci Aşıqlı kəndinin girişini bildirən müasir memarlıq üslubunda Panno tikilərək ətrafında abadlıq işləri aparılmışdır.  Bununla yanaşı əhalinin gediş-gəlişinin yaxşılaşdırılması üçün şəhərin Məmməd Əmin Rəsulzadə, Akif Əkbərov, Zərifə Əliyeva, Gəray Əsədov, Fərman Kərimzadə, Mikayıl Müşfiq, Nəriman Nərimanov, Sərdar İmrəliyev, Əhməd Cavad, Mirzə Şəfi Vazeh, Səttar Bəhlulzadə küçələrində yeni asfalt örtüyü salınmış, küçələrin kənarlarında 2500 paqonometr bardurlar düzülmüş, həmin küçələrin barıları mişar daşından tikilərək 1831 kvm hissəsi müasir üslubda qaya daşları ilə üzlənmişdir. Hasarların üst hissəsinə yağmurluq düzəldilmiş, yaşayış evlərinin giriş qapılarına üzlük taxta vurularaq üzərinə bəzək elementləri işlənilmişdir. Şəhərin Magistral və Heydər Əliyev küçəsində küçə işıqlanması üçün dirəklərin bəzədilməsi məqsədi ilə 2100 metr led şlanq istifadə edilmiş, bu da öz növbəsində şəhərin gecə görüntüsünə xüsusi gözəllik vermişdir. Hazırda bu istiqamətdə başlanmış işlər davam etdirilir. 
       Hesabat dövründə tikinti-quruculuq işləri ilə yanaşı şəhərin küçə və meydanlarında təmizlik və yaşıllaşdırma işləri diqqət mərkəzində saxlanılmışdır. Belə ki, iməcliklər yolu geniş yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir. İməcliklər zamanı rayonun görüş adlandırılan istiqamətindən rayon mərkəzinə qədər olan  11 km ərazidə İDEA ictimai birliyinin təşəbbüsünə qoşulan beyləqanlılar 10700 ədəddən çox qiymətli ağac və gül kolları əkmişdir. Hal-hazırda həmin yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi,  habelə digər küçə və meydanlarda təmizlik, abadlıq və yaşıllaşdırma  işlərinin aparılması davam etdirilir. 
       Hörmətli yığıncaq iştirakçıları,
       Cari ilin hesabat dövrü ərzində rayon ərazisində rayon iqtisadiyyatında məhsul istehsalının ümumi həcmi 78,6 milyon manat təşkil etmişdir. Onun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 24,1 milyon manat çox (144,3 faiz) olmuşdur. Hesabat dövründə məhsul buraxılışının adam başına düşən həcmi 795,6 manat təşkil etmişdir.
       Ümumi məhsul həcminin 64,5 milyon manatı 82,1 faizi iqtisadiyyatın istehsal, qalan 14,1 miyon manatı (17,9 faiz) isə xidmət sahələrinin payına düşür.
Ümumi məhsul buraxılışı həcminin 23,9 milyon manatlıq (30 faiz) sənayedə, 18,81 milyon manatlıq (24 faiz) kənd təsərrüfatnında, 21,858 milyon manatlıq (28 faiz) tikintidə, 1 milyon manatlıq (1 faiz) nəqliyyat və rabitədə, 13,060 milyon manatlıq (17 faiz) ticarətdə əlavə dəyər yaradılmışdır.
Rayonda sənaye fəaliyyəti ilə məşğul olmaq üçün birinci rüb ərzində 17 hüquqi şəxs və 24 fiziki şəxs dövlət qeydiyyatından keçmişdir. Hesabat dövründə hüquqi şşəxslərdən yeddisinin, fiziki şəxslərdən isə 23-nün fəaliyyəti olmamışdır.
Cari ilin hesabat dövrü ərazində rayon üzrə istehsal olunmuş sənaye məhsulu və xidmətlərin dəyəri 23,9 milyon manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 dəfə çox olmuşdur. Sənayedə çalışanların orta aylıq əmək haqqı 405,1 manat, əvvəlki ilin müvafiq dövrünə nisbətəb 148,8 manat (58 faiz), o cümlədən dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 98,3 manat (40,5 faiz), qeyri-dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı isə 178,6 manat (65,6 faiz) çox olmuşdur.
Kənd təsərrüfatı, Regionların sosial-iqtisadi inkişafına və əhalinin fasiləsiz ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramında  nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 1907 nömrəli Sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də buğda istehsalının stimullaşdırılması məqsədilə dövlət büdcəsi vəsaiti hesabına əkilən hər bir hektar üçün əlavə 50 manat yardım verilməsi, yüksək reproduksiyalı toxum materialının istehsalı və satışına görə hər kq-a 30-40 faiz əlavə maliyyə vəsaitinin ayrılması bəzi kənd təsərrüfatı bitkilərinin əkin sahələrinin nisbətən artmasına səbəb olmuşdur. Hesabat dövründə rayonun kənd təsərrüfatından gələn gəlirlərin həcmi 18812,0 min manat olmuşdur. 
2019-cu ilin məhsulu üçün 13463 hektar sahədə payızlıq dənlilər səpini aparılmışdır. Bunun 11148 hektarı buğda, 1765 hektarı arpa, 550 hektarı isə payızlıq arpa (xəsil) əkinləridir. Torpaq mülkiyyətçiləri tərəfindən  sahələrə düzgün və kompleks aqrotexniki yanaşma bu ildə bol məhsul tədarük olunacağından xəbər verir.
“Azərbaycan Respublikasında Pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” rayonda pambıqçılığın inkişafına ciddi stimul yaratmış, mülkiyyətçilərimiz 2019-cu ilin təsərrüfat ilinə daha əzmlə başlamışlar. Qeyd edim ki, cari ildə 9200 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdur. Lakin Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin fevral ayının 13-də  rayonumuza səfəri zamanı rayon sakinləri ilə görüşərkən beyləqanlıların pambıqçılıqda yaxşı ənənələrinin olmasını bildirməsi mülkiyyətçilərimizdə ciddi stimul yaratmış və artıq 9750 hektar sahədə pambıq əkilməsi məqsədi ilə müqavilələr bağlanmışdır. Təqdirəlayiq haldır ki, pambıq əkiləcək torpaq sahələrinin hamısı suvarılan münbit torpaqlardır və xüsusi mülkiyyətə aid torpaqlar  bağlanmış müqavilələrin 81,2 faizini təşkil edir. Qalan torpaqların 1350 hektarı dövlət fonduna, 340 hektarı isə bələdiyyə fonduna aid torpaqlardır.
       Hesabat dövründə rayonda 369 hektar sahədə şəkər çuğunduru, 303 hektar sahədə kartof, 840 hektar sahədə tərəvəz, 83 hektar sahədə bostan məhsulları əkilmişdir. Hazırda əkin işləri davam etdirilir.
       Heyvandarlıq rayonun kənd təsərrüfatının əsas sahəsidir. Son illər sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş müəyyən işlər məhsul istehsalına müsbət təsir göstərmişdir. Rayona xarici dövlətlərdən gətirilən cins mal-qaraların saxlanması üçün fermalar, rayonda süni mayalanma məntəqələri, süd qəbulu və emalı müəssisələri yaradılmışdır.
Hesabat dövründə rayonda diri çəkidə 2495 (2484) ton ət, 11086 (11063) ton süd, 5649 (5632) min ədəd yumurta istehsal edilmişdir. İri buynuzlu mal-qaranın baş sayı 58926 (58802) başa çatdırılmış, qoyun və keçilərin baş sayı isə 301976 (301832) baş təşkil etmişdir. Bu dövrdə rayonun fərdi təsərrüfatlarında quşların baş sayı 997 baş artaraq 474851 (473854) başa çatdırılmışdır.
       Hazırda rayonda kənd təsərrüfatı məhsullarının istehsalına xidmət edən 17 Sudan istifadəedənlər birliyi, 14 Süd tədarük və ilkin emalı məntəqəsi, 10 süni mayalanma məntəqəsi, 2 Pambıq təmizləmə zavodu, 1 toxumçuluq,  1 aqroservis, 1 meliorasiya müəssisəsi mövcuddur.
Hörmətli müşavirə iştirakçıları, Respublikada sahibkarlığın inkişafına göstərilən dəstək rayonumuzda da prioritet məsələ kimi daim nəzarətdə saxlanılmışdır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən  2019-cu ilin üç ayı ərzində rayonun sahibkarları tərəfindən müvəkkil banklara təqdim olunmuş 4 layihə müsbət qiymətləndirilmiş və həmin layihələrin icrasına  31000 manat kredit ayrılmışdır. Həmin layihələrin icrası 4 yeni iş yerinin açılmasına səbəb olmuşdur. Qəbul olunmuş layihələrin hamısı  kənd təsərrüfatı təyinatlı layihələrdir.
       Meliorasiya və irriqasiya tədbirləri. Hesabat dövründə 146,7 min kub metr həcmində (41,9 km) kollektor və dren şəbəkələri lildən təmizlənmişdir. Drenlərin 6 ədəd körpü keçidi cari təmir edilmişdir.
       Cari ilin hesabat dövründə rayonun təsərrüfatdaxili suvarma kanallarında 174,3 min kub metr həcmində (128,3 km) lildən təmizlənmə işləri yerinə yetirilmişdir.
Əhalinin suvarma suyuna olan tələbatının daha da yaxşıalşdırılması üçün rayon ərazisində 28 ədəd subartezian quyusu, 17 ədəd ESV markalı su nasosları və 22  ədəd elektrik avadanlıqları cari təmir olunmuşdur.
       Bundan əlavə rayonun torpaqlarının su təminatının daha da yaxşılaşdırılması üçün Beyləqan şəhəri daxil olmaqla 9 yaşayış məntəqəsində subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Lakin, bu işlər hələ başlanılmamışdır.
       Beyləqan Elektrik şəbəkəsi hesabat dövründə rayon ərazisində əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki,  yanıb sıradan çıxmış müxtəlif güclərdə olan 6 ədəd elektrik transformatorları cari, 5 ədəd transformatorları isə əsaslı təmir olunmuşdur. Bu dövrdə əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədi ilə 10 kv-luq hava xətlərində 19000 metr istismara yararsız naqillər yenisi ilə əvəz edilmişdir. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2019-2023-cü illər) icrası məqsədi ilə Birinci Şahsevən kəndində SİB kabelləşmə işləri tam başa çatdırılmış, Türklər qəsəbəsində, Kəbirli kəndində, Mil qəsəbəsində SİB kabelləşmə işlərinə başlanılmışdır. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Bu sahədə görülmüş tədbirlər nəticəsində daxil olan faydalı enerjinin ödənişi 88,7 faiz təşkil etmişdir. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,4  faiz artıqdır. 
Beyləqan Sukanal idarəsi rayon mərkəzində 4815 abonentə xidmət edir. Beyləqan rayonunda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması və su itkisinin qarşısının alınması məqsədi ilə abonentlərə 3740 ədədi Smart tipli olmaqla  858 ədəd isə mexaniki sayğac quraşdırılmışdır. Hesabat dövründə idarə tərəfindən mövcud abonentlərə xidmət göstərmiş, idarəyə daxil olmuş müraciətlər əsasında qaldırılan  62 məsələyə yerində baxılaraq həll olunmuşdur. 2019-cu ildə rayon mərkəzində mərkəzləşdirilmiş kanalizasiya sisteminin təmizləyici qurğusunun tikintisinə başlanılmışdır.
       Beyləqan rayonu “37 saylı Yol İstismarı” MMC-i,  2019-cu ilin birinci rübü ərzində xidmət etdiyi avtomobil yollarında tədbirlər planına uyğun olaraq cari təmir işləri yerinə yetirmişdir.  Hesabat dövründə Bununla yanaşı cəmiyyətin balansında olan digər yollarda nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə tərtib olunmuş tədbirlər planına uyğun olaraq yol örtüyündə əmələ gəlmiş çalalarda cari təmir işləri aparılımışdır. Hesabat dövründə Beyləqan-Təzəkənd-Kəbirli avtomobil yolunda cari təmir işləri, Əlinəzərli, Sarısu, Təzəkənd kəndinin giriş yollarında isə avtoqreyderlə hamarlama işləri aparılmışdır. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.
       Beyləqan Qaz Xidmət Sahəsi əhalinin fasiləsiz və dayanıqlı təbii qazla təmin olunması istiqamətində  fəaliyyət göstərmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq hesabat dövründə əhaliyə verilən qazın təzyiqi nəzarətdə saxlanılmış və nəticədə heç bir çətinlik müşahidə olunmamışdır. 2019-cu ilin hesabat dövründə 44 abonent təbii qazla təmin olunmaqla ümumilikdə  Beyləqan rayonunda Qaz İstismar Sahəsində abonentlərin sayı 19900 olmuşdur. Bununla da rayon üzrə qazlaşdırılmış yaşayış məntəqələrinin sayı 41-ə və ya 97,6 faizə çatdırılmışdır.
Beyləqan rayon Telekommunikasiya Qovşağı tərəfindən 2019-cu ilin birinci rübündə vətəndaşlara 57 yeni telefon xətləri çəkilərək abonentlərin sayı 8953-ə çatdırılmışdır. Bu dövrdə əhaliyə göstərilən rabitə və informasiya xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə rayonun yaşayış məntəqələrində internetin keyfiyyətinin yaxşılaşdırılması üçün lazımi tədbirlər görülmüşdür.
      Beyləqan Poçt Filialı, 2019-cu ilin birinci rübü ərzində ayrı-ayrı xidmət sahələrinin inkişafında və xidmətə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində müəyyən işlər görülmüşdür. Poçt Filialı qarşısında duran əsas vəzifələr, maliyyə-iqtisadi, texniki və istismar göstəricilərinin icra vəziyyəti normativlərdən yüksək olmuşdur. Hazırda əhaliyə müştəri xidmətləri, Birinci Şahsevən və Mil poçt şöbələri vasitəsi ilə beynəlxalq pul köçürmələri xidməti göstərilir. Gələcəkdə beynəlxalq pul köçürmələri sistemlərinin avtomatlaşdırılmış bütün poçt şöbələrində göstərilməsi nəzərdə tutulur.
Təhsil, səhiyyə və mədəniyyət, 2018-2019-cu tədris ilinin əvvəlinə rayonda ümumtəhsil məktəblərinin sayı 54, texniki peşə məktəblərinin sayı 1 olmuşdur. Bu məktəblərdə təhsil alan 14565 nəfər şagirdin təlim tərbiyəsi ilə 1724 nəfər müəllim məşğul olur. Şagirdlərin sayı 2017-2018-ci tədris ilinə nisbətən 10,9 faiz (1432 nəfər) artmışdır.
       Gənclərin vətənpərvər ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərin qorunması və yaşadılması respublikanın tarixi yerlərinin, abidələrinin təbliği və gənclərin maarifləndirilməsi  məqsədilə Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə 2010-cu ildən başlayaraq hər il “Ölkəmizi tanıyaq” tur aksiyası həyata keçirilir. Bu layihə çərçivəsində  2019-cu ilin mart ayında rayonumuzun əlaçı və aztəminatlı ailələrin 40 nəfər məktəblisi “Şəki, Zaqatala, Qəbələ” şəhərlərinə səfəri təşkil edilmişdir.
       Hesabat dövründə rayon ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi və təmiri istiqamətində bir sıra tədbirlər görülmüşdür. Belə ki,  regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Aşıqalılar kənd tam orta məktəbinin binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinə başlanılmışdır. Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin 27 mart 2018-ci il tarixli Sərəncamı ilə respublikanın 5 rayonunda 12, o cümlədən rayonumuzda  Gödəklər və Əhmədli kəndlərində 96 yerlik modul tipli məktəb binalarının tikintisi başa çatdırılaraq cari ilin birinci rübündə müəllim və şagirdlərin istifadəsinə verilmişdir. 
       Rayon əhalisinə 110 həkim, 368 orta tibb işçisi xidmət göstərir. Rayonda 185 çarpayısı olan 4 xəstəxana, 561 xəstə qəbul gücünə malik 38 ambulator – poliklinika müəssisə vardır.
       Azərbaycanda sağlam ailənin formalaşması, maaifləndirmə, xüsusilə risk qruplarının müəyyən edilməsi üçün nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçirilməsi məqsədi ilə 2019-cu ilin birinci rübü ərzində ümumilikdə 145 cütlük rayon sakini Mərkəzi rayon Xəstəxanasında tibbi müayinələrdən keçirilərək tibbi arayışlarla təmin olunmuşdur. Bu müayinələr zamanı 2 nəfərin talessemiya daşıyıcısı olduğu aşkar edilmiş və müalicəyə cəlb olunmuşdur. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü ildən  əhalinin tibbi müayinədən  keçirilməsi barədə 2019-cu ilin fevral ayının 12-də başlanılan kompaniya çərçivəsində 29110 nəfər rayon sakini bu müayinələrdə iştirak etmiş, onlardan 41 nəfəri Bakı şəhərinə müalicəyə göndərilmiş, 2661 nəfər ambulator müalicə almış, 206 nəfər isə stasionar müalicəyə cəlb olunmuşdur. Rayonda müayinə və müalicə zamanı şəkərli diyabet xəstələri üstünlük təşkil etmişdir.
       Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən rayonumuzda uşaqların icbari dispanzerizasiyasını aparmaq üçün ixtisaslı həkimlərdən ibarət briqada yaradılmış, bu briqadalar tərəfindən rayonun bütün kənd və qəsəbələrində bu ilin üç ayı ərzində 4223 uşaq tibbi müayinələrdən keçirilmişdir.
Rayonda 37 kütləvi kitabxana, 34 klub müəssisəsi, 2 mədəniyyət və istirahət parkı, 4 muzey, 31 məktəbəqədər uşaq müəssisəsi, 1 texniki peşə məktəbi və 1 musiqi məktəbi fəaliyyət göstərir.
      Ölkə Prezidentinin 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili elan edilməsi haqqında” Sərəncamın icrası məqsədilə rayonunun mədəniyyət müəssisələrində bir çox silsilə tədbirlər hazırlanıb həyata keçirilmişdir. Bununla yanaşı respublikamızın ictimai-siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən tarixi günlərin və dövlət bayramlarının keçirilməsini özünün əsas vəzifəsi hesab edən rayon Mədəniyyət nümayəndəliyi tədbirlər planına uyğun olaraq hesabat dövründə silsilə tədbirlər həyata keçirmişdir. Bu dövrdə qanlı 20 Yanvar hadisəsinin 29-cu il dönümü və Xocalı faciəsinin 27-ci il dönümü ilə bağlı geniş tədbirlər keçirilmişdir.
       Eyni zamanda Beyləqan rayonu İcra hakimiyyətinin dəstəyi ilə təşkil edilmiş “8 mart” Beynəlxal Qadınlar Bayramı Kral şadlıq sarayında Beyləqan qadınlarına göstərilən yüksək qayğı kimi qiymətləndirilmişdir.
       Hər il mütəmadi olaraq keçirilən Novruz Bayramı 2019-cu ildə də öz rəngarəngliyi və milli adət-ənənələrimizin nümayişi baxımından yadda qalan olmuşdur. Rayonun mədəniyyət və istirahət parkında “Yurduma bahar gəlir” adlı teatrlaşdırılmış el şənliyi təşkil edilmiş, rayon mərkəzi ilə yanaşı bütün kənd və qəsəbələrimizdə Novruz şənliyinin keçirilməsi təmin edilmişdir.
       “31 mart Azərbaycanlıların soyqrımı” münasibəti ilə rayon İcra hakimiyyətinin təşəbbüsü ilə Soyqrım abidə kompleksinin qarşısında anım tədbiri keçirilmişdir.
Hesabat dövrü ərzində rayonun mədəniyyət və turizm nümayəndəliyi digər tədbirlərlə yanaşı 19 dəfə cəbhə bölgəsində və sərhəd zastavalarında olaraq əsgər və zabitlər qarşısında konsert proqramları ilə çıxışlar etmiş, mədəniyyət işçilərinin əməyi hərbi hissələrin komandanlığı tərəfindən 14 dəfə fəxri fərman və diplomlarla mükafatlandırılmışdır.
       Hesabat dövrü ərzində Heydər Əliyev mərkəzində 15 mühazirə, 4 sərgi keçirilmiş və 9 dəfə film nümayiş olunmuşdur. Bu dövrdə Heydər Əliyev Mərkəzində yeni ailə quran 11 gəncin  nikah mərasimləri təntənəli surətdə qeyd edilmişdir.
       Gənclər və İdman İdarəsi.  Bu sahədə ən yadda qalan və əlamətdar hal təbii ki, rayonumuzda Beyləqan Olimpiya kompleksinin tikilməsi və Ölkə prezidenti cənab İlham Əliyevin rayonumuza səfəri zamanı həmin kompleksi açaraq Beyləqan idmançıları ilə görüşməsidir.
       Beyləqan rayon Gəclər və İdman idarəsi ölkədə gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illər” Dövlət Proqramının rayonda yeniyetmə və gənclər arasında icrasını təmin etmək məqsədilə təsdiq olunmuş perspektiv iş planına uyğun olaraq, istər gənclər, istərsə də bədən tərbiyəsi və idman sahələrində hesabat dövrü ərzində xeyli işlər görmüşdür.
       Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsi. 2019-cu ilin üç ayı ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarına, eləcə də digər qanunvericilik aktlarına uyğun olaraq bir sıra tədbirlər həyata keçirilmişdir.
DSMF-nun Beyləqan rayon şöbəsinin uçotunda duran pensiyaçıların sayı 13051 nəfər olmuşdur. O cümlədən 7526 nəfər yaşa görə, 4565 nəfər əlilliyə görə, 960 nəfər ailə başçısını itirdiyinə görə pensiya alır. Hazırda 626 aztəminatlı ailəyə üzvləri ilə birlikdə VEMTAS tərəfindən ünvanlı sosial yardımın verilməsi həyata keçirilir.
      Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının icrası təmin olunmuş və bəzi kateqoriya şəxslərin təqaüdlərinin və sosial müavinətlərinin ödənişi başa çatdırılmışdır. Müavinət və təqaüdlərin məbləğinin əsaslı şəkildə artırılması vətəndaşların maddi rifah halını xeyli yaxşılaşdırmışdır.
Beyləqan rayonu Məşğulluq Mərkəzi. Mərkəzdə hesabat ilində 348 nəfər işaxtaran sakin qeydiyyata alınmışdır. İşaxtaranlarda 337 nəfəri Məşğulluq Mərkəzinin  göndərişi əsasında rayonun müxtəlif idarə və müəssisələrində işlə təmin edilmişdir.
Hesabat dövrü ərzində mərkəzdə qeydiyyatda olan işaxtaran vətəndaşlardan sosial müdafiəyə xüsusi ehtiyacı olan 4 nəfərə status verilmiş, 4 nəfərə isə təlimata uyğun olaraq işsizlik müavinəti təyin edilmişdir.
       Mərkəz 2019-cu ilin birinci rübü ərzində “DOST iş Mərkəzi” MMC ilə bağlanmış müqavilələrə əsasən 314 nəfər işaxtaran vətəndaşın əmək haqqı işə götürən müəssisə tərəfindən ödənilməklə müvəqqəti xaraxterli içtimai işlərə göndərilmişdir. Onların 103 nəfərini qadınlar, 30 nəfərini isə gənclər təşkil edir.
Beyləqan rayonunun Gigiyena və Epidemiologiya mərkəzi, Hesabat dövrü ərazidə Mərkəz epidemoloji rejimə əməl olunması,  xüsusi təhlükəli və digər yoluxucu xəstəlik ocaqlarında əks-epidemik tədbirlərin görülməsi və tədbirlər planına uyğun olaraq əhali arasında sanitar maarifləndirmə işinin təşkili ilə məşğul olmuşdur.
Hesabat dövründə Gigiyena və Epidemiologiya mərkəzinə 9 mədə-bağırsaq infeksiyaları, 2 burseliyoz, eləcə də 18 ağ ciyər və digər orqanların vərəminə yoluxan şəxslər barədə Bakı  şəhərindən və Mərkəzi rayon Xəstəxanasından  təcili bildiriş vərəqəsi daxil olmuş və  GEM tərəfindən bu sahədə müvafiq profilaktik tədbirlər aparılmışdır. Bu dövrdə uşaqların peyvəndə cəlb olunmasına nəzarət artırılmış, 1 yaşa qədər 1026 uşaq peyvənd və vaksinasiya almışdır. Mərkəzin parazitoloji şöbəsi üzrə 780 nəfərdən malyariya  xəstəliyinə qarşı qan nümunəsi götürülmüş və bu xəstəliyə yoluxma halları müşahidə olunmamışdır.
Hesabat ili ərzində rayonda dini qurumlarla bağlı vəziyyət ümumilikdə sabit keçmiş və rayonda fəaliyyət göstərən dini qurumların işi diqqət mərkəzində saxlanılmışdır.
       Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hesabat dövründə ərzində rayon mərkəzində, habelə Şəfəq, Birinci Şahsevən və İkinci Şahsevən kəndlərində “Azərbaycan dövlət-din münasibətləri”, “Azərbaycan dövləti dünyəvi dövlətdir”, “Dinimiz xalqımızın milli-mənəvi sərvətidir” və “Azərbaycanda tolerantlıq” mövzusunda, ümumilikdə 4 maarifləndirici tədbir həyata keçirilmişdir. Tədbirlərdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri, din xadimləri, kənd ağsaqqalları və  dini icma üzvləri, məktəblərin müəllim və şagird kollektivlərinin iştirakı xüsusi əhəmiyyət kəsb etmişdir.
Beyləqan Rayon Polis Şöbəsi, Hüquq mühafizə orqanlarının fəaliyyəti digər icra orqanlarının fəaliyyəti ilə əlaqələndirilmiş, cinayətkarlığa qarşı mübarizənin düzgün istiqamətləndirilməsi nəticəsində rayonda sabitliyin pozulması halları baş verməmişdir. 2019-cu ilin birinci rübü ərzində 52 cinayət hadisəsi qeydə alınmış, onlardan 55-nin istintaqı tamamlanaraq, 52-i açıq, 3 cinayət hadisəsi bağlı qalmışdır. Cinayət hadisələrinin açılma faizi 94,5 faiz təşkil edilmişdir. Keçən ilin müvafiq dövründə isə 50 cinayət hadisəsi qeydə alınmışdır ki, onlardan 50-nin istintaqı tamamlanaraq 32-i açıq, 18 cinayət hadisəsi bağlı qalmaqla açılması 64,0 faiz təmin edilmişdir. 
       Beyləqan Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, 2018-ci ilin hesabat dövrü ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsi 107 nəfəri həqiqi hərbi xidmətə göndərmiş, 126 nəfər hərbi xidmətdən tərxis olunmuşdur. Hesabat dövründə xidmətə çağırış zamanı çağırışdan yayınma halları qeydə alınmamışdır.
       Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 31 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və 37 şəhər, kənd və qəsəbə bələdiyyələri fəaliyyət göstərir. 2019-cu ildə icra nümayəndəlikləri ilə bələdiyyələrin birgə hazırladıqları tədbirlər planına uyğun olaraq kənd və qəsəbələrdə xeyli abadlıq, quruculuq işləri görülmüşdür. Görülən işlərin əsasını kəndarası yolların çınqıllanması, qəbiristanlığa gedən yolların abadlaşdırılması, kəndarası məhəllələrə içməli suyun çəkilməsi, yol kənarlarının yaşıllaşdırılması kimi işlər təşkil etmişdir. Ümumilikdə hesabat dövrü ərzində bələdiyyələrin büdcəsinə 52,1 min  manat, o cümlədən vergidən daxilolmalar 17,1 min manat, vergi olmayan gəlirlər isə 34,9 min manat olmuşdur.  Bələdiyyə xərcləri üzrə yerli özünüidarəetmənin saxlanmasına 41,2 min manat, əmək haqqına 28,6 min manat, yol xərclərinə 5,0 min manat, ətraf mühitin mühafizəsinə 1,4 min manat, mədəni-kütləvi tədbirlərin keçirilməsinə 0,1 min manat, sosial təminat xərcləri 1,1 min manat, digər xərclər isə 3,4 min manat olmaqla ümumilikdə 52,2 min manat təşkil etmişdir.  
       2019-cu ilin birinci rübündə rayon İcra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən 643 nəfərin şifahi qəbulu aparılmış, nümayəndəliyə 138 ərizə, şikayət daxil olmuş, bu dövrdə  vətəndaşlara  137878 ədəd müxtəlif məzmunlu arayışlar verilmişdir. Daxil olmuş vətəndaş müraciətlərinə nümayəndəliklər tərəfindən baxılmış, “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq cavab verilərək icrası təmin edilmişdir.
      Rayonun sosial-iqtisadi, mədəni həyatında əldə olunan nəticələr demokrafik göstəricilərdə özünü göstərir. Bu ilin birinci rübündə əhalinin sayı 162 nəfər artaraq 98,8 min nəfərə çatmışdır. Mövcud əhalinin 16,7 min nəfəri şəhərin, 24 min nəfəri qəsəbələrin, 58,1 min nəfəri isə kənd əhalisinin payına düşür. 
       Cari ilin hesabat dövründə 355 körpə dünyaya gəlmiş, 170 nikah bağlanmış, 29 boşanma qeydiyyata alınmış, 136 nəfər dünyasını dəyişmişdir. Bu dövrdə  miqrasiya artımı 13 nəfər olmuşdur. 
       Beyləqan rayonu İcra hakimiyyəti başçısı aparatı.  Vətəndaşa qayğı əslində dövlətə və dövlətçiliyə xidmət olduğunu əsas götürərək rayon İcra hakimiyyəti başçısı aparatında  və İnzibati ərazi dairələri üzrə nümayəndəliklərində vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə işin aparılması daima diqqət mərkəzində saxlanılmış, bu iş  “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qurulmuşdur.
       2019-cu ilin birinci rübü ərzində vətəndaşlardan 283 nəfərin müraciətinə rayon İcra hakimiyyəti aparatında baxılmış, bundan 180 nəfəri rayon İcra hakimiyyəti başçısı tərəfindən, 103 nəfər rayon İcra hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilmişdir. Hesabat dövrü ərzində 11 səyyari görüş keçirilmiş, görüşlərdə 1318 nəfər iştirak etmişdir.  Sakinlər tərəfindən 35 məsələ qaldırılmış, həmin məsələlərin 21-i yerində müsbət həll olunmuş, digər məsələlərlə bağlı vətəndaşlara qanunamüvafiq izahatlar verilmişdir. 
      2019-cu ilin üç ayı ərzində rayon İcra hakimiyyətinə 477 ədəd yazılı müraciət, ərizə, şikayət və təklif daxil olmuşdur. Müraciətin 171-i Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 11 ədədi Respublika Milli Məclisi Aparatından, 35-i Respublika Nazirlər Kabinetindən, 39-u digər respublika təşkilatlarından daxil olmuş, 221 vətəndaşın müraciəti isə bilavasitə rayon İcra hakimiyyətinin başçısına ünvanlanmışdır. Daxil olmuş müraciət, ərizə, şikayət və təkliflərin 16 ədədi təkrar, 30 ədədi isə kollektiv müraciət olmuşdur.
       Daxil olmuş vətəndaş  müraciətlərində aidiyyəti üzrə təhlil aparılarkən müəyyən edilmişdir ki, bunlardan 8-i kənd təsərrüfatı, 91-i torpaq problemi, 167-1 mənzil məsələsi, 43-ü əhalinin sosial müdafiəsi ilə bağlı, 1-i məhkəmə və hüquq məsələləri ilə bağlı, 14-ü dövlət qulluğu və kadr məsələləri ilə barədə, 7-i nəqliyyat, 16-ı rayon İcra hakimiyyətinin və bələdiyyələrin fəaliyyəti ilə bağlı, 13-ü enerji, qaz,su və kanalizasiya məsələləri, 36-ı qəbulda olmaq üçün,  42-i şəhərsalma və tikinti məsələləri ilə bağlı, 3-ü ekologiya və təbii sərvətlər, 2-i Qaçqınlar və Məcburi köçkünlərlə bağlı, 8-i elm və təhsil məsələləri,  5-i səhiyyə ilə bağlı, 2-i təltiflə bağlı, 11-i dövlət təhlükəsizliyi və hüquq-mühafizə orqanları ilə bağlı, 4-ü əmlak məsələləri, 2-i müdafiə, Qarabağ münaqişəsi, orduya çağırışla bağlı, 2-i ədliyyə orqanlarının fəaliyyətiilə bağlı məsələlər olmuşdur. 
       Daxil olmuş müraciətlərdən 19 ədədi müsbət həll olunmuş, 371 ədəd müraciətlərlə əlaqədar vətəndaşlara müvafiq izahat verilmiş, 4 ədəd əsassız sayılmışdır.
Aparılan təhlillər göstərir ki, bir sıra idarə, müəssisə rəhbərləri, ərazi nümayəndəlikləri və bələdiyyələr vətəndaşların qəbulunu, onların müraciətləri ilə işin düzgün təşkil edilməməsi səbəbindən Beyləqan şəhər, Bahar, Bünyadlı, Birinci Şahsevən, Əlinəzərli kənd inzibati ərazi dairələrindən yuxarı orqanlara və rayon İcra hakimiyyətinə daxil olan müraciətlərin sayı artmışdır.
       Əsasnamənin tələblərinə uyğun olaraq ayda iki dəfədən az olmayaraq ümumilikdə 6 Şura iclası keçirilmişdir. Rayon İcra hakimiyyətinin 2019-cu ilin birinci rübü ərzində təsdiq edilmiş perspektiv iş planına əsasən rayonun sosial-iqtisadi inkişafı, abadlıq və mədəni-quruculuq, əhalinin, qaçqınların və məcburi köçkünlərin, Qarabağ müharibəsi iştirakçılarının, veteranların, əlillərin, şəhid ailələrinin sosial müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması, ətraf mühitin mühafizəsi, torpaqlardan səmərəli istifadə edilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili və hərbi vətənpərvərlik tərbiyəsi, əhalinin elektrik enerjisi, içməli su ilə təminatı, kənd təsərrüfatı, maliyyə, büdcə, təhsil,mədəniyyət, tikinti, nəqliyyat, rabitə, kommunal xidmətlər və digər sahələr əhatə olunmuşdur. Beyləqan rayon İcra Hakimiyyətində təsdiq edilmiş perspektiv iş planında 2019-cu ilin hesabat dövründə  6 məsələnin müzakirəsi nəzərdə tutulmuş, 6 məsələ müzakirə edilmişdir. Ötən dövr ərzində əlamətdar günlərlə bağlı 16 tədbir keçirilmişdir.
       2019-cu ilin üç ayı ərzində rayon İcra hakimiyyəti başçısı tərəfindən 23 sərəncam və 39 ədəd əmr verilmişdir. Verilmiş əmr və sərəncamlar qanunauyğun formada hazırlanmış, müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşdirilmişdir.
Hörmətli müşavirə iştirakçıları,
       2019-cu ilin üç ayı ərzində  sosial-iqtisadi sahədə əldə olunmuş bütün  nailiyyətləri qeyd etməklə yanaşı Dövlətimizin başçısı diqqəti görüləcək işlərə, həll olunacaq problemlərə, prioritet istiqamətlərə yönəltmişdir. Bu müddəalar hər bir  icra  strukturu,  hakimiyyət və idarəetmə orqanı, müəssisə və təşkilat rəhbəri üçün  fəaliyyət proqramıdır.
       2019-cu ilin 13 fevral tarixini yaddaşlarına əbədi həkk olan Beyləqan rayonu ictimaiyyəti bundan sonra da Azərbaycan Respublikasının Prezidenti  cənab İlham  Əliyevin müdrik daxili və xarici siyasətini dəstəkləyərək ətrafında sıx birləşəcək, onun siyasi iradəsinə əsaslanaraq bütün  göstərişlərinin, qərar və  tapşırıqlarının dönmədən həyata keçirilməsini təmin edəcək, bütün qüvvələri  səfərbər etməklə müstəqil respublikamızın çiçəklənməsi, xalqın  rifahının  yüksəldilməsi naminə  Dövlət  Başçısının  gördüyü böyük  işlərdə Onun  layiqli  yardımçısı olacaqdır. 
       Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Xaliq Məmmədov çıxış edərək bildirmişdir ki, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 1907 nömrəli Sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də buğda istehsalının stimullaşdırılması məqsədilə dövlət büdcəsi vəsaiti hesabına əkilən hər bir hektar üçün əlavə 50 manat yardım verilməsi, yüksək reproduksiyalı toxum materialının istehsalı və satışına görə hər kq-a 30-40 faiz əlavə maliyyə vəsaitinin ayrılması bəzi kənd təsərrüfatı bitkilərinin əkin sahələrinin nisbətən artmasına səbəb olmuşdur. Hesabat dövründə rayonun kənd təsərrüfatından gələn gəlirlərin həcmi 18812,0 min manat olmuşdur. 
       2019-cu ilin məhsulu üçün 13463 hektar sahədə payızlıq dənlilər səpini aparılmışdır. Bunun 11148 hektarı buğda, 1765 hektarı arpa, 550 hektarı isə payızlıq arpa (xəsil) əkinləridir. Torpaq mülkiyyətçiləri tərəfindən  sahələrə düzgün və kompleks aqrotexniki yanaşma bu ildə bol məhsul tədarük olunacağından xəbər verir.
“Azərbaycan Respublikasında Pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” rayonda pambıqçılığın inkişafına ciddi stimul yaratmış, mülkiyyətçilərimiz 2019-cu ilin təsərrüfat ilinə daha əzmlə başlamışlar. Qeyd edim ki, cari ildə 9200 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdur. Lakin Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin fevral ayının 13-də  rayonumuza səfəri zamanı rayon sakinləri ilə görüşərkən beyləqanlıların pambıqçılıqda yaxşı ənənələrinin olmasını bildirməsi mülkiyyətçilərimizdə ciddi stimul yaratmış və artıq 9750 hektar sahədə pambıq əkilməsi məqsədi ilə müqavilələr bağlanmışdır. Təqdirəlayiq haldır ki, pambıq əkiləcək torpaq sahələrinin hamısı suvarılan münbit torpaqlardır və xüsusi mülkiyyətə aid torpaqlar  bağlanmış müqavilələrin 81,2 faizini təşkil edir. Qalan torpaqların 1350 hektarı dövlət fonduna, 340 hektarı isə bələdiyyə fonduna aid torpaqlardır.
Hesabat dövründə rayonda 369 hektar sahədə şəkər çuğunduru, 303 hektar sahədə kartof, 840 hektar sahədə tərəvəz, 83 hektar sahədə bostan məhsulları əkilmişdir. Hazırda əkin işləri davam etdirilir.
       Mərkəzi rayon Xəstəxanasının Baş həkimi Əli Məmmədov çıxış edərək qeyd etdi ki, Rayon əhalisinə 110 həkim, 368 orta tibb işçisi xidmət göstərir. Rayonda 185 çarpayısı olan 4 xəstəxana, 561 xəstə qəbul gücünə malik 38 ambulator – poliklinika müəssisə vardır.
Azərbaycanda sağlam ailənin formalaşması, maaifləndirmə, xüsusilə risk qruplarının müəyyən edilməsi üçün nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçirilməsi məqsədi ilə 2019-cu ilin birinci rübü ərzində ümumilikdə 145 cütlük rayon sakini Mərkəzi rayon Xəstəxanasında tibbi müayinələrdən keçirilərək tibbi arayışlarla təmin olunmuşdur. Bu müayinələr zamanı 2 nəfərin talessemiya daşıyıcısı olduğu aşkar edilmiş və müalicəyə cəlb olunmuşdur. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü ildən  əhalinin tibbi müayinədən  keçirilməsi barədə 2019-cu ilin fevral ayının 12-də başlanılan kompaniya çərçivəsində 29110 nəfər rayon sakini bu müayinələrdə iştirak etmiş, onlardan 41 nəfəri Bakı şəhərinə müalicəyə göndərilmiş, 2661 nəfər ambulator müalicə almış, 206 nəfər isə stasionar müalicəyə cəlb olunmuşdur. Rayonda müayinə və müalicə zamanı şəkərli diyabet xəstələri üstünlük təşkil etmişdir.
    Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən rayonumuzda uşaqların icbari dispanzerizasiyasını aparmaq üçün ixtisaslı həkimlərdən ibarət briqada yaradılmış, bu briqadalar tərəfindən rayonun bütün kənd və qəsəbələrində bu ilin üç ayı ərzində 4223 uşaq tibbi müayinələrdən keçirilmişdir.
Beyləqan rayonu Suvarma Sistemləri idarəsinin müdiri Azim Kərimov çıxış edərək bildirdi ki, hesabat dövründə 146,7 min kub metr həcmində (41,9 km) kollektor və dren şəbəkələri lildən təmizlənmişdir. Drenlərin 6 ədəd körpü keçidi cari təmir edilmişdir.
       Cari ilin hesabat dövründə rayonun təsərrüfatdaxili suvarma kanallarında 174,3 min kub metr həcmində (128,3 km) lildən təmizlənmə işləri yerinə yetirilmişdir.
Əhalinin suvarma suyuna olan tələbatının daha da yaxşıalşdırılması üçün rayon ərazisində 28 ədəd subartezian quyusu, 17 ədəd ESV markalı su nasosları və 22  ədəd elektrik avadanlıqları cari təmir olunmuşdur.
       Bundan əlavə rayonun torpaqlarının su təminatının daha da yaxşılaşdırılması üçün Beyləqan şəhəri daxil olmaqla 9 yaşayış məntəqəsində subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Lakin, bu işlər hələ başlanılmamışdır.
       Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əflatun Rufiyev çıxış edərək  2019-cu ilin birinci rübündə Beyləqan rayonunda görülən işlərin qənaətbəxş olduğunu qeyd edərək görüləcək işlərlə bağlı öz tövsiyələrini vermişdir.

Keçidlər