Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirildi.
15.05.2019-cu il tarixdə rayon Gənclər Mərkəzində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilmişdir. Konfransda Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Rüstəm Xəlilov, Şahin İsmayılov, gənclər, ictimaiyyət və mətbuat nümayəndələri iştirak etmişlər.
İlk öncə Konfrans nümayəndələri tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş və abidə önünə tər gül dəstələri düzülmüş, xatirəsi ehtiramla yad edilmişdir.
Konfransı giriş sözü ilə açan Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış gənc nəslin dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensiallarını artırmaq üçün daha geniş imkanlar əldə etdiklərini diqqətə çatdırdı.Asif Ağayev vurğuladı ki, Beyləqan gəncləri Ulu Öndər Heydər Əliyevin ideyalarının davamçıları olmaqla hər zaman rayonun ictimai-siyasi həyatında öz fəallıqları ilə seçiliblər və Beyləqanın əldə etdiyi bütün uğurlarda və nailiyyətlərdə hər zaman ön sıralarda yer alıblar.
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Rəfail Pəsiyev çıxış edərək qeyd etdi ki, əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu gün dövlətimiz tərəfindən gənclərə böyük qayğı göstərilir, onların hərtərəfli inkişafına xüsusi diqqət yetirilir. Yeni Azərbaycan Partiyasında gənclərə fəaliyyətlərini daha da genişləndirmələri üçün lazımi şərait yaradılır.
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Elgün Quliyev hesabat məruzəsi ilə çıxış edərək ölkədə həyata keçirilən gənclər siyasəti və bu sahədə rayonda görülən işlər barədə ətraflı məlumat verdi.
Sonra Milli Məclisin deputatıları Rüstəm Xəlilov və Şahin İsmayılov qeyd etdilər ki, bu gün gənclərimiz bütün sahələrdə fəallıq nümayiş etdirir.Yeni-yeni hədəflərə doğru inamla addımlayan Azərbaycanın daha da qüdrətlənməsinə töhfələrini verirlər.Gənclər ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında böyük çoxluq təşkil edirlər.Gənclərin inkişafına xidmət edən Dövlət Proqramlarının qəbulu, Gənclər Fondunun yaradılması gənclərin daha böyük uğurlara nail olmasına yüksək şərait yaradır.
Konfransda Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru Yeganə Məmmədova, rayon Gənclər və İdman idarəsinin məsləhətçisi Yafəs Hüseynli, şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Ruhiyyə Əliyeva , rayonun Kəbirli kənd tam orta məktəbin müəllimi Eyruz Pəsiyev çıxış edərək Yeni Azərbaycan Partiyasının uğurlarından söz açdılar.
Konfransda İsmayıllı Rafiz Sədi oğlu YAP Beyləqan rayon təşkilatı Gənclər Birliyinin sədri, Quliyev Elgün Tofiq oğlu və Əliyeva Ruhiyyə Rövşən qızı Gənclər Birliyinin sədr müavinləri və İsmayıllı Rafiz Sədi oğlu və Quliyev Elgün Tofiq oğlu YAP Gənclər Birliyinin Respublika Konfransına nümayəndə seçildilər.
Sonda Konfrans iştirakçıları adından YAP-ın sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.