Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda əmək yarmarkası keçirilib

24 may 2019 | 16:00

       Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Tədbirlər Planının qrafikinə uyğun olaraq   rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Beyləqan rayon Məşğulluq Mərkəzi tərəfindən  24 may 2019-cu  il tarixdə  rayon Gənclər Mərkəzində  növbəti  əmək yarmarkası keçirilib.
     Yarmarkada  Beyləqan rayon İcra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elman Süleymanov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının davamlı inkişafından danışdı.O bildirdi ki, ölkənin davamlı inkişafının təmin olunması məqsəidlə həyata keçirilən mühüm Dövlət Proqramları nəticəsində makriqtisadi göstəricilər ilbəil artır, böyük infrastruktur lahiyələri icra olunur, bütün bölgələrdə, o cümlədən Beyləqan rayonunda yeni yaradılan iş yerlərinin sayı artır və bütün bunlar əhalinin məşğulluq xidmətlərinin artmasına xidmət edir.E.Süleymanov qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün rayondakı idarə, müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində boş iş yerləri haqqında məlumatlar toplanıb və həmin iş yerləri əmək yarmarkasında işaxtaran vətəndaşlara təqdim edilmişdir.
      Rayon Məşğulluq Mərkəzinin direktoru İlham Quliyev iştirakçıların diqqətinə çatdırdı ki, belə tədbirlərdə məqsəd dövlət məşğulluq strategiyasına uyğun olaraq, əmək qabliyyətli əhalinin əmək bazarına çıxış imkanlarına yiyələnməsinin dəstəklənməsi, onların uğurlu əmək karyerasına doğru ilk addımlarını atmaları, eyni zamanda, işəgötürənlərin müvafiq ixtisas bacarıqlarına malik kadrların seçimini aparmaları üçün şərait yaradılmasıdır.
      Yarmarkaya hazırlıq dövründə aparılan genişmiqyaslı təşkilati işlərin, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri nəticəsində işəgötürənlərin, işsiz və işaxtaran vətəndaşların fəal iştirakı təmin olunub. Belə ki, görülən işlərin nəticəsi olaraq rayon ərazisində fəaliyyət göstərən 17 müəssisə və təşkilat üzrə  393  boş iş yeri işaxtaran vətəndaşlara təklif olunub.  Yarmarkada iştirak edən 160  nəfər işaxtaran vətəndaşlardan  54  nəfərinə münasib işlərə göndəriş verilib.

Keçidlər