Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda Su Təssərüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı münasibəti ilə tədbir keçirildi.

03 iyun 2019 | 16:00

        03.06.2019-cu il tarixdə “Su Təssərüfatı və Meliorasiya işçilərinin peşə bayramı” münasibətilə Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev, hüquq-mühafizə orqanlarının, rayonun Su Təsərrüfatı və Meliorasiya idarələrinin rəhbərləri tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olundu.Abidə önünə tər gül dəstələri qoyularaq, xatirəsi dərin ehtiramla yad edilmişdir.
      Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev,hüquq-mühafizə orqanlarının,idarə müəssisə və təşkilatların rəhbərləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
     Tədbiri giriş sözü ilə açan Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Su təssərüfatı və meliorasiya İşçilərini peşə bayramı münasibəti ilə təbrik edərək qeyd etdi ki, Azərbaycanda əhalinin içməli su ilə təminatı daim diqqət mərkəzində olmuşdur. XX əsrin əvvəllərində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə Şollar su kəmərinin tikintisi ilə başlayan layihələr sonrakı dövrlərdə də  davam etdirilmişdir.
     Ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra su təsərrüfatı sahəsində  ciddi dönüş yaranmış problemlərin həlli istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
      Meliorasiya və Su Təsərrüfatı ölkənin Milli iqtisadiyyatının,xüsusi ilə Kənd Təsərrüfatının,əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının həllində mühüm rol oynayır.Məlumdur ki,ölkəmizdə su təsərüfatının inkişafı,bu sahədə aparılan islahatlar,böyük quruculuq işləri və perspektiv proqramların qəbul edilməsi,dünya siyasətinin tanınmış lideri,müdrik və uzaqgörən siyasətçinin, Azərbaycan xalqının xilaskarı Ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyətinin  bəhrəsi olmuşdur.
     Xalqımızın Ümummmilli lideri Heydər Əliyev ideyalarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi, su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılmışıdır.Əhalinin su təchizatı xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görülmüş,təxirəsalınmaz  tədbirlər həyata keçirilmişdir.
    Tədbirdə çıxış edən Beyləqan Subartezian Quyularının İstismarı idarəsinin rəisi Möhübbət Heydərov, rayon Suvarma Sistemləri idarəsinin rəisi Azim Kərimov,rayon Meliorasiya idarəsinin rəisi Nadir Əliyev rayonda görülən işlərdən məlumat verərək,su təsərrüfatı sahəsində əldə edilmiş uğurlardan söz açdılar.
      Tədbirin sonunda  Su təsərrüfatı və Meliorasiya sahəsində  çalışan və nümunəvi fəaliyyətləri ilə seçilən bir qrup Su təsərrüfatı və Meliorasiya işçiləri peşə bayramı münasibəti ilə rayon İcra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edildilər.

Keçidlər