Növbəti səyyar qəbul rayonun Qəhrəmanlı qəsəbəsində keçirilmişdir.
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyəti başçısı Asif Ağayev 04 iyun 2019-cu il tarixdə rayonun Qəhrəmanlı qəsəbə inzibati ərazi dairəsində yaşayan sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.
Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə söz istəyən Qəhrəmanlı qəsəbə sakini Rüstəmov Valeh Abbasəli oğlu mülkiyyətində olan torpaq sahəsinin mütəmadi suvarılması üçün suvarma suyunun verilməsini xahiş etdi. Rayon Suvarma Sistemləri idarəsinə müvafiq tapşırıq verildi və vətəndaşın qaldırdığı məsələ yerində həll olunaraq suvarma suyu ilə təmin olundu.
Qəsəbə sakini, mülkiyyətçi Nağıyev Rasim Mansırxan oğlu Qəhrəmanlı qəsəbəsində içməli su təminatının yaxşılaşdırılmasını xahiş etdi. Bildirildi ki, ərazidə yeni artezian quyusu qazılmışdır. Bundan başqa qəsəbənin digər ərazisindən də layihə əsasında artezian quyusunun qazılması üçün aidiyyəti üzrə tapşırıqlar verildi.
Qəsəbə sakini Allahverdiyeva Xuraman Əli qızı çıxış edərək qəsəbə tibb məntəqəsinə ixtisaslı həkim göndərilməsini xahiş etdi. Qaldırılan məsələnin icrası məqsədi ilə ixtisaslı həkimlərdən ibarət briqadanın mütəmadi olaraq Qəhrəmanlı qəsəbəsində səyyar müayinə aparılması üçün Mərkəzi rayon Xəstəxanasının baş həkiminə müvafiq tapşırıqlar verildi.
Mülkiyyətçi Əliyev Osman Maxsud oğlu çıxış fərdi yaşayış evinə telefon xəttinin çəkilməsi üçün köməklik olunmasını xahiş etdi. Məsələnin həlli məqsədi ilə Beyləqan Telekommunikasiya Qovşağının müdirinə müvafiq tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.