Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra hakimiyyəti başçısının növbəti səyyar qəbulu Bünyadlı kəndində keçirilmişdir.

13 iyun 2019 | 16:00

       Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyəti başçısı Asif Ağayev 13 iyun 2019-cu il tarixdə rayonun  Bünyadlı kənd inzibati ərazi dairəsində yaşayan sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.
     Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər,  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
      Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
    Görüşdə söz istəyən Bünyadlı kənd sakini, mülkiyyətçi Məmmədov Ələddin Firidun oğlu pay torpaq sahəsinin suvarılması məqsədi ilə suvarma suyunun verilməsini xahiş etdi. Qeyd olunan məsələyə yerində baxış keçirilməsi və həll olunması barədə Rayon Suvarma Sistemləri İdarəsinə müvafiq tapşırıqlar verildi.
     Bünyadlı kənd sakini Əsgərov Mərdan xanış oğlu kəndin içməli suya olan tələbatının yaxşılaşdırılmasını xahiş etdi. Qaldırılan məsələ ilə bağlı rayon Sukanal idarəsinin müdirinə müvafiq tapşırıqlar verildi.
     Kənd sakini, təqaüdçü Hümbətov Sahib Boran oğlu Bünyadlı kəndinin mərkəzi avtomobil yoluna asfalt örtüyünün salınmasını xahiş etdi. Vətəndaşa bildirildi ki, qeyd olunan məsələnin həlli məqsədi ilə aidiyyəti üzrə müraciət olunmuşdur.
     Bünyadlı kənd sakinləri Əliyev Rahil Müzəffər oğlu və Hümbətov Mədət Boran çıxış edərək müvafiq işlə təmin olunmalarına köməklik olunmasını xahiş etdilər.  Vətəndaşlara izah olundu ki, lazımi sənədlərini toplayaraq rayon Məşğulluq Mərkəzinə müraciət etdikdən sonra “DOST iş mərkəzi” MMC-də işlə təmin olunacaqlar.  Qeyd olunan məsələnin həlli istiqamətində rayon Məşğulluq Mərkəzinin müdirinə müvafiq tapşırıqlar verildi.
     Rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
     Qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər