Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Aşıqlı kəndində səyyar qəbul keçirilmişdir.

14 iyun 2019 | 16:00

       Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev 14 iyun 2019-cu il tarixdə rayonun  Birinci Aşıqlı kənd inzibati ərazi dairəsində yaşayan sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.
       Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər,  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
       Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
       Görüşdə söz istəyən Birinci Aşıqlı kənd sakini Məmmədov Məhəmməd Şamır oğlu kəndin içməli suya olan tələbatının yaxşılaşdırılmasını xahiş etdi. Vətəndaşa izah olundu ki, sakinlərin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədi ilə tədbirlər planı hazırlanmışdır.  Qeyd olunan məsələ ilə bağlı rayon Sukanal idarəsinin müdirinə müvafiq tapşırıqlar verildi.
       Kənd sakini, mülkiyyətçi Əliyev Yusif Rəşid oğlu pay torpaq sahəsində taxıl əkmiş, taxıl biçini üçün kombayn verilməsini xahiş etdi. Qaldırılan məsələnin həlli istiqamətində Beyləqan Aqrar İnkişaf Mərkəzinin direktoruna müvafiq tapşrıqlar verildi və vətəndaş taxılbiçən kombaynla təmin olundu.
        Kənd sakini, təqaüdçü Əliyev Ağalar Dadaş oğlu çıxış edərək Birinci Aşıqlı kənd uşaq bağçasının əsaslı təmir olunmasını xahiş etdi. Vətəndaşa izah olundu ki, qeyd olunan uşaq bağçasında cari təmir işləri həyata keçirilmiş, hazırda istifadəyə tam yararlıdır. Həmin bağçanın əsaslı təmir olunması məqsədi ilə aidiyyəti üzrə müraciət olunmuşdur. 
       Kənd sakini Cəfərova Gülnaz Qoca qızı pay torpaq sahəsinin kəm olmasını qeyd edərək ölçülməsini və yaranmış problemin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etdi. Qaldırılan məsələnin icrası məqsədi ilə Əmlak Komitəsinin mütəxəssislərini cəlb edilməklə qeyd olunan torpaq sahəsinin ölçülməsi və məsələnin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verildi.
       Rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
     Birinci Aşıqlı kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər