Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Polis işçilərinin peşə bayramı qeyd edilmişdir.

02 iyul 2019 | 16:00

      2 iyul 2019-cu il il tarixdə Beyləqan rayonu Heydər Əliyev parkında  “Polis işçilərinin peşə bayramı” münasibəti ilə tədbir keçirildi.
      İlk öncə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq abidə önünə tər gül dəstələri qoyuldu və Ulu Öndərin əziz xatirəsi yad edildi.
     Sonra tədbir iştirakçıları tərəfindən Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto və ekspozisiyalara baxış keçirildi.
     Tədbir rayon Polis şöbəsinin inzibati binasında davam etdirildi.Əvvəlcə dövlət himni səsləndirildi.Tədbiri giriş sözü ilə açan Beyləqan rayonu Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşid Piriyev Azərbaycan Reepublikasının Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun təbrik məktubunu oxudu və sonra qeyd etdi ki,  Azərbaycan polisinin tarixi çox da uzaq deyil. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradılıb. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. AXC süqut etdikdən sonra sovetlər birliyinin tərkibində Azərbaycan milisi insanların təhlükəsizliyini qoruyub, cinayətkarlığa qarşı mübarizə aparıb. Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olunub, polisin funksiya və vəzifələri də dəqiqləşdirilib. Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olub. Polisin sıralarında xeyli sayda "Milli Qəhrəman" adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi hərtərəfli islahatların nəticəsi olaraq, Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunmağa başlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanı, o cümlədən Azərbaycan polisi bu gün də insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır.
     Beyləqan rayonu İcra hakimiyyətinin başçısının    vəzifə   səlahiyyətlərini  müvəqqəti icra edən,  Beyləqan rayonu  İcra hakimiyyəti  başçısının birinci müavini   Telman Məstanov peşə bayramı  münasibəti ilə polis əməkdaşlarını təbrik edərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2019-cu il tarixli  Sərəncamı ilə Beyləqan rayon Polis şöbəsinin rəisi polis polkovnik-leytenantı Rəşid Piriyev ictimai asyişin mühafizəsində,ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə " İgidliyə görə" medalı ilə təltif edilmişdir.Bu mükafat rayon Poliis şöbəsinin fəaliyyətinə verilən ən yüksək qiymətdir.
    Beyləqan rayon Prokuroru Azər Osmanov,rayon Məhkəməsinin sədri Ramiz Nurullayev,Dövlət Təhlükəsizliyi Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Nadir Bağırov və digərləri polis işçilərini peşə bayramı münasibəti ilə təbrik etdilər və uğurlar arzuladılar.
    Tədbirin sonunda fərqlənən bir qrup polis əməkdaşı qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

 

Keçidlər