Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul rayonun Yuxarı Çəmənli inzibati ərazi dairəsinin Qaradağlı kəndində keçirilmişdir.

09 iyul 2019 | 16:00

     Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyəti başçısı Asif Ağayev 09 iyul  2019-cu il tarixdə rayonun  Yuxarı Çəmənli  kənd  inzibati ərazi dairəsinin  Qaradağlı kəndində  yaşayan sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.
     Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər  iştirak etmişdir.
      Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
    Görüşdə söz istəyən Qaradağlı  kənd   sakini Müslümov Allahyar Musa oğlu kəndin 50,0 ha  pay  torpaq sahəsinə gedən yolun üzərindəki körpünün təmir olunmasını   xahiş etdi. Rayon Suvarma Sistemləri idarəsinə vətəndaşın qaldırdığı məsələylə bağlı müvafiq tapşırıq verildi. 
   Qaradağlı kənd sakini onkoloji xəstə Rzayev Yusif  Bağır oglu   övladının  gözündə “Traxoma” xəstəliyi oldugu üçün onun dərman pereparatları ilə təmin olunmasına köməklik edilməsini  xahiş etdi.  Rayon Mərkəzi Xəstəxanasının baş həkiminə aidiyyəti üzrə  dərman pereparatları ilə təmin olunması üçün müvafiq tapşırıq verildi.
    Qaradağlı kənd sakini Ağayev Xankişi Əvəz oğlu  kənddə içməli su probleminin olduğunu qeyd etmisdir. Bu məsələ ilə bağlı aidiyyəti üzrə vətəndaşa bildirilmişdir ki,  kənd və qəsəbələrdə içməli su probleminin həlli istiqamətində növbəlik əsasinda işlər aparılır. Yuxarı Cəmənli kəndində qazılacaq içməli su artezian qayusunun  lahiyəsi hazırlanmış və yaxın gələcəkdə bu problem də öz həllini tapacaqdır.
    Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
     Qaradağlı kənd  sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər