Rayonun Şərq inzibati ərazi dairəsinin Sarısu qəsəbəsində səyyar qəbul keçirildi.
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyəti başçısı Asif Ağayev 16 iyul 2019-cu il tarixdə rayonun Şərq inzibati ərazi dairəsinin Sarısu qəsəbəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul keçirmişdir.
Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak etmişdir.
Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə Sarısu qəsəbə sakini Eyvazov Qara Qurban oğlu qəsəbəyə gələn 4 km yolun bərbad oldugunu bildirərək yolun təmir olunmasını xahiş etdi. Bu məsələ ilə bağlı vətəndaşa bildirilmişdir ki, qəsəbəyə gələn 4 km yolun təmir olunması Dövlət Proqramına salınmışdır və yaxın gələcəkdə yolun əsaslı təmiri öz həllini tapacaqdır.
Sarısu qəsəbə sakini Ağayev Fəxrəddin Şavahat oglu pay torpaq sahəsinin yaxınlığında yerləşən dren kollektor şəbəkəsinin qrunt sularından təmizlənməsini xahiş etmişdir.Vətəndaşın qaldırdığı məsələ ilə bağlı rayon Meliorasiya idarəsinə dren kollektor şəbəkəsinin qrunt sularından təmizlənməsi üçün müvafiq tapşırıq verildi.
Şərq qəsəbə sakini Rəsulov Elburus Maşan oğlu xüsusi mülkiyyətdə olan torpaq sahələrinə suvarma suyunun verilməsində problemlər olduğunu bildirmişdir. Rayon Suvarma Sistemləri idarəsinə vətəndaşın qaldırdığı məsələ ilə bağlı müvafiq tapşırıq verildi.
Şərq qəsəbə sakini Məmmədov Elman Şahmar oğlu 1949-cu ildə inşa edilmiş Şərq tam orta məktəbin yenidən tikilməsi üçün müvafiq qurumlar qarşısında məsələ qaldıılrmasını xahiş etmişdir. Vətəndaşa bildirilmişdir ki, Şərq tam orta məktəbin yenidən tikilməsi Dövlət Proqramına salınmış və yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaqdır.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Şərq və Sarısu qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.