Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon Türklər qəsəbə inzibati ərazi dairəsində növbəti səyyar qəbul keçirilmişdir.

23 iyul 2019 | 16:00

       Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyəti başçısı Asif Ağayev 23 iyun 2019-cu il tarixdə rayonun  Türklər qəsəbə inzibati ərazi dairəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul  keçirmişdir.
        Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər,  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
        Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
      Görüşdə söz istəyən Türklər qəsəbə sakini Feyzulov Salı Lətif oğlu qəsəbənin bir hissəsində pay torpaqlarının suvarılmasına köməklik məqsədilə Sovet dönəmində mövcud olan  subartezian quyularının  birinin bərpa edilməsini xahiş etmişdir. Vətəndaşın qeyd etdiyi məsələ ilə bağlı aidiyyəti üzrə quyunun birinin işlək vəziyyətə salınması üçün Subartezian Quyularının İstismarı idarəsinə müvafiq tapşırıq verildi.
         Qəsəbə sakini, mülkiyyətçi  Bağbanov Binəli Ələddin oğlu Yuxarı Qarabağ kanalının yaxınlığında olan Araz çayından ayrılan suvarma kanalına “SEDA” təşkilatı tərəfindən elektrik su nasosunun qoyulmasını bildirərək həmin nasosun elektrik xəttinə qoşulmasına köməklik göstərilməsini xahiş etmişdir. Rayon rəhbəri tərəfindən qeyd olunan məsələ ilə bağlı Türklər bələdiyyəsinə müvafiq tapşırıq verilmişdir.
       Qəsəbə sakini Bəkirova Mehriban Ramiz qızı  çıxış edərək həyat yoldaşı şəhid Həmzəyev Abdulla Köşəli oğlunun adını daşıyan qəsəbə tam orta məktəbində  onun büstünün  qoyulmasını xahiş etmişdir. Bildirilmişdir ki, Türklər qəsəbə tam orta məktəbi əsaslı təmir üçün Dövlət Proqramına salınmışdır. Məktəbin təmiri başa çatdıqdan sonra şəhid Həmzəyev Abdulla Köşəli oğlunun xatirə büstünün qoyulması təmin olunacaqdır.
       Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
      Qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər