Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Eyvazalılar kəndində keçirilmişdir.

30 iyul 2019 | 16:00

       Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin  başçısı Asif Ağayevin 30 iyul 2019-cu il tarixdə rayonun Eyvazalılar kənd  inzibati ərazi dairəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü  keçirilmişdir.
       Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər,  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
        Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
       Görüşdə söz istəyən Eyvazalılar kənd  sakini Aslanov Mətləb Şahpələng oğlu pay torpaq sahələrinin  yaxınlığında yerləşən kollektor- drenaj şəbəkəsinin   lildən təmizlənməsini xahiş etdi. Vətəndaşa izah olundu ki, rayonda  mövcud olan dren kanallarının lildən təmizlənməsi işi mütəmadi həyata keçirilir və görülən  işlərin sürətləndirilməsi, keyfiyyətinin artırılması məqsədi ilə Meliorasiya idarəsinin rəhbərliyinə  müvafiq tapşırıqlar verildi. 
       Kənd  sakini Əliyev Vabil Xəlil oğlu işsiz olduğunu  bildirərək onun kənd ərazisində müvafiq  işlə təmin olunmasına  köməklik göstərilməsini xahiş etmişdir.   Eyvazalılar kənd uşaq bağçasında  gecə gözətçisi vəzifəsinin   boş olması  nəzərə alınaraq rayon İcra hakimiyyətinin  başçısı tərəfindən vətəndaşın  həmin işlə təmin olunması  üçün  müvafiq göstəriş verilmişdir.
       Eyvazalılar kənd tam orta məktəbın müəllimi  Hüseynova Şəlalə Müseyib  qızı çıxış edərək qış aylarında məktəbin istilik sistemi ilə təmin  edilməsini xahiş etmişdir. Qeyd olunan problemin  həll olunması ilə bağlı aidiyyəti üzrə  rayon Təhsil şöbəsinin müdirinə  müvafiq tapşırıqlar verildi.
     Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
      Kənd  sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər