Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Örənqala qəsəbə inzibati ərazi dairəsinin Baharabad qəsəbəsində səyyar qəbul-görüş keçirildi.

06 avqust 2019 | 16:00

       Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin  başçısı Asif Ağayevin 06 avqust 2019-cu il tarixdə rayonun Örənqala qəsəbə inzibati ərazi dairəsinin Baharabad qəsəbəsində yaşayan   sakinlərlə növbəti səyyar qəbul-görüşü  keçirilmişdir.
      Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər,  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
        Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
       Görüşdə söz istəyən  Baharabad qəsəbə sakini Mürsəlov Akif  Barat  oğlu  qəsəbədə olan  mülkiyyət torpaq sahələrinin  mütəmadi suvarılması üçün suvarma suyunun  verilməsinin yaxşılaşdırılması barədə  xahiş etdi.Vətəndaşın qaldırdığı məsələ nəzarətə götürüldü və qəsəbədəki torpaq sahələrinə suvarma suyunun mütəmadi verilməsi   üçün  Rayon Suvarma Sistemləri idarəsinə müvafiq tapşırıq verildi .
       Baharabad qəsəbə sakini Muradov Aslan Daşdan oğlu  pay torpaq sahələrinin yaxınlığında yerləşən kollektor-drenaj şəbəkəsinin lildən təmizlənməsini xahiş etdi. Vətəndaşa izah olundu ki, hazırda qəsəbə ərazisində   mövcud olan dren kanallarının lildən təmizlənməsi işləri  həyata keçirilir və görülən  işlərin sürətləndirilməsi, keyfiyyətinin artırılması məqsədi ilə Meliorasiya idarəsinin rəhbərliyinə  müvafiq tapşırıqlar verildi. 
        Qəsəbə  sakini Arifov Nürəddin Kirman oğlu qəsəbə  ərazisində istismar müddəti başa çatmış elektrik naqillərinin dəyişdirilməsini xahiş etdi. Vətəndaşa izah olundu ki, hazırda digər kənd və qəsəbələrdə  kabelləşmə işləri davam etdirilir. Növbəlilik əsasında Baharabad qəsəbəsində əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması üçün  SİB kabellərin çəkilməsi nəzərdə tutulmuşdur.
      Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
        Qəsəbə  sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər