Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Kəbirli kənd inzibati ərazi dairəsinin Xaçınabad kəndində səyyar qəbul-görüş keçirildi.

16 avqust 2019 | 16:00

      Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin  başçısı Asif Ağayevin 16 avqust 2019-cu il tarixdə rayonun Kəbirli kənd inzibati ərazi dairəsinin Xaçınabad kəndində yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü  keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əflatun Rufiyev, rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər,  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.

     Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi. Görüşdə söz istəyən  Xaçınabad kənd sakini, II qrup Qarabağ müharibəsi əlili İsmayılov Ələddin Məmmədxan oğlu fərdi yaşayış evinin təmiri ilə bağlı tədbir görülmədiyindən şikayət etdi. Vətəndaşın müraciəti ilə bağlı rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev bildirildi ki, O, mənzil növbəsindədir və növbəlilik əsasında  mənzillə təmin olunacaqdır.
       Xaçınabad kənd sakini Rəhimova Solmaz Paşa qızı Xaçınabad kəndində uzun müddət istismar olunmuş kommunal yaşayış evlərinin dam örtüklərinin təmir olunmasına köməklik edilməsini xahiş etdi. Məsələnin həlli ilə bağlı rayon Mənzil istismar sahəsinin rəisi Anar Vəliyevə tapşırıqlar verildi.
    Xaçınabad kənd sakini Əliyev Tofiq Şahverən oğlu Xaçınabad kəndində 5 hektar dövlət torpağının suvarma suyu ilə təmin olunmasının yaxşılaşdırılmasına köməklik edilməsini xahiş etdi. Məsələnin həlli ilə əlaqədar  rayon Suvarma Sistemləri İdarəsinin müdiri Azim Kərimova müvafiq tapşırıqlar verildi.
   Xaçınabad kənd sakini Şükürov Ələsgər Polu oğlu Xaçınabad-Kəbirli kəndarası avtomobil yolunun hamarlanıb, qrabillə döşənməsini xahiş etdi. Məsələnin həlli barədə Kəbirli bələdiyyəsinin sədri Tofiq Qurbanova və Kəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Bakir Ağayevə tapşırıq verildi.
     Xaçınabad kənd sakini Nəzərov Daşdəmir Əlikişi oğlu qəsəbə ərazisində köhnəlmiş elektrik xətlərinin və dirəklərinin yenilənməsinə köməklik olunmasını xahiş etdi. Məsələnin həlli ilə bağlı Beyləqan Paylayıcı Elektrik şəbəkəsinin müdiri Yelmar Həşimova problemin həlli məqsədilə tapşırıq verildi.
    Xaçınabad kənd sakini Əhmədov Fikrət Barat oğlu ünvanlı-sosial yardım ala bilməməsi ilə bağlı şikayət etdi. Məsələnin həlli ilə bağlı DSMF-nun rayon şöbəsinin müdiri Mansur Tağıyevə tapşırıq verildi.
   Xaçınabad kənd sakini Qasımova Nargilə İldırım qızı Qarabağ müharibəsində şəhid olmuş qardaşı Qasımov Vüqar İldırım oğlunun adının kənd ümumi orta məktəbinə verilməsini xahiş etdi. Məsələnin həlli ilə bağlı rayon Təhsil şöbəsinin müdiri Tahir Həsənova tapşırıq verildi.
      Xaçınabad kənd sakini  İmranov Mətləb Yaqub oğlu ərazidə yaşayan, lakin pay torpağı almayan sakinlərə pay torpağının verilməsinə köməklik olunmasını xahiş etdi. Məsələnin həlli ilə bağlı rayon İcra hakimiyyəti başçısı aparatının Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Elman Süleymanova tapşırıq verildi.
     Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
     Xaçınabad  kənd  sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər