Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul – görüş rayonun Yuxarı Aran qəsəbə inzibati ərazi dairəsinin Mayak qəsəbəsində keçirildi.

20 avqust 2019 | 16:00

       Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin  başçısı Asif Ağayevin 20 avqust 2019-cu il tarixdə rayonun Yuxarı Aran qəsəbə inzibati ərazi dairəsinin Mayak qəsəbəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir.
     Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər,  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
      Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
      Görüşdə söz istəyən Mayak qəsəbə sakini Məmmədov Arzu Nizami oğlu çıxış edərək Mayak qəsəbəsi ərazisində içməli suyun zəif gəldiyi üçün müvafiq tədbir görülməsini xahiş etdi. Məlum oldu ki, sakinlər su kranlarının açıq qoyması səbəbində küçənin sonunda yaşayan sakinlərin sudan istifadəsində çətinlik yaranır.      Məsələnin həlli istiqamətində Mayak bələdiyyəsinin sədrinə və ərazi icra nümayəndəsinə müvafiq tapşırıqlar verildi.
       Mayak qəsəbə sakini Vəliyev Mehman Salman oğlu  Mayak və Yuxarı Aran qəsəbələrini birləşdirən 2800 metr uzunluğunda avtomobil yoluna çınqıl tökülərək    təmir olunmasını xahiş etdi. Qaldırılan məsələnin həlli ilə bağlı “37 saylı Yol İstismarı” MMC-nin direktoruna müvafiq tapşırıq verildi.
    Mayak qəsəbə sakini Məmmədov Elçin Baxşəli oğlu çıxış edərək Mayak qəsəbə tam orta məktəb binasının yenidən tikilməsini xahiş etdi. Rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev bildirdi ki, qeyd olunan tam orta məktəb binasının müvafiq Dövlət Proqramına salınmışdır. Məsələnin həlli ilə bağlı rayon Təhsil şöbəsinin müdiri Tahir Həsənova tapşırıq verildi. 
      Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
     Mayak qəsəbə  sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər