Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Təzəkənd kənd inzibati ərazi dairəsinin Bolsulu qəsəbəsində səyyar qəbul-görüş keçirildi.

27 avqust 2019 | 16:00

     Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin  başçısı Asif Ağayevin 27 avqust 2019-cu il tarixdə rayonun Təzəkənd kənd inzibati ərazi dairəsinin Bolsulu qəsəbəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü  keçirilmişdir.
    Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər,  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
   Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
    Görüşdə söz istəyən  Bolsulu qəsəbə sakini Hacıyev İlham Saday oğlu içməli suyun zəif gəldiyi üçün müvafiq tədbir görülməsini xahiş etdi. Məlum oldu ki, sakinlər su kranlarının açıq qoyması səbəbində küçənin sonunda yaşayan sakinlərin sudan istifadəsində çətinlik yaranır. Məsələnin həlli istiqamətində Bolsulu bələdiyyəsinin sədrinə və ərazi icra nümayəndəsinə müvafiq tapşırıqlar verildi.
   Bolsulu qəsəbə sakini Abdullayev Qurban Məhərrəm oğlu qəsəbə ərazisində qəbirstanlıq salınması üçün torpaq sahəsinin ayrılmasını xahiş etdi. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev qəsəbə ərazisində qəbirstanlıq üçün torpaq sahəsinin ayrılması barədə aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr verdi.
    Qəsəbə sakini Kərimov Seymur Qaraca oğlu çıxış edərək Bolsulu qəsəbəsinin daxili məhəllə yollarının cari təmir olunmasını xahiş etdi. Qaldırılan məsələnin həlli istiqamətində aidiyyəti üzrə Bolsulu bələdiyyəsinə müvafiq tapşırıqlar verildi. Bildirildi ki, qısa zamanda qəsəbənin daxilli yollarının cari təmirinə başlanılacaqdır.
   Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
   Bolsulu qəsəbə  sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər