Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda qanvermə aksiyası keçirilib.

10 sentyabr 2019 | 16:00

      10 sentyabr 2019-cu il tarixdə Beyləqan rayon Mərkəzi Xəstəxanasında “Aşura günü” münasibəti ilə rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi qanvermə aksiyası keçirilmişdir.
       “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq  rayonda həyata keçirilən qanvermə aksiyasında 125 nəfər rayon sakini iştirak etmişdir.
       Kampaniyanın təşkil olunmasında məqsəd hemofiliya, talassemiya   və digər qan xəstəliklərindən əziyyət  çəkən insanlara, xüsusən uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
       Qanvermə aksiyasının təşkili ilə bağlı rayon Mərkəzi Xəstəxanasında normal şərait yaradılmış, həkim-hemotoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunmuş, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları dəqiqləşdirildikdən sonra qanvermə prosesi həyata keçirilmişdir. Ümumilikdə aksiya zamanı  43 nəfər donor qan vermişdir.
       Rayonda həyata keçirilən qanvermə aksiyası televiziya kanallarında nümayiş etdirilmişdir.

 

Keçidlər