4 noyabr 2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən RİH-in inzibati binasında növbəti vətəndaş qəbulu keçirilib.
04 noyabr 2026 | 11:48
Qəbulda RİH başçısı aparatının müvafiq şöbə və sektor müdirləri, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Görüş zamanı vətəndaşların müraciətləri və onları narahat edən məsələlər dinlənilib, qaldırılan problemlərin həlli istiqamətində müvafiq tədbirlər müzakirə olunub. Səlahiyyətlər daxilində olan bəzi məsələlərin həlli ilə bağlı yerində qərarlar qəbul edilib, əlavə araşdırma tələb edən müraciətlərin icrası üçün aidiyyəti üzrə məsul şəxslərə tapşırıqlar verilib
.
Vətəndaşlar müraciətlərinə göstərilən diqqətə və həssas münasibətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.







