Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “Bilik günü” böyük təntənə ilə qeyd edildi.

16 sentyabr 2019 | 16:00

     16 sentyabr 2019-cu ildə Xalac kənd sakinləri  ikiqat bayram sevinci yaşadılar. Belə ki, əsaslı təmirdən sonra məktəbin  fəaliyyətə başlaması Bilik gününə təsadüf etdi.
    Bilik günündə Beyləqan rayon İcra hakimiyyətinin  başçısı cənab Asif Ağayev, Beyləqan rayon İcra Hakimiyyəti başçısının  müavini Yeganə Məmmədova, Beyləqan rayon Təhsil Şöbəsinin rəhbərliyi və nümayəndələri, şəhid  İbadət Ələşrəfov adına  Xalac kənd tam orta məktəbin müəllimləri, şagirdləri, kənd sakinləri, valideynlər, mətbuat işçiləri iştirak edib. Əvvəlcə Beyləqan rayon İcra hakimiyyətinin  başçısı Asif Ağayev tədbir iştirakçıları,Qarabağ döyüşlərində şəhid olmuş kənd sakinlərinin abidəsi önünə gül-çiçək dəstləri düzərək xatirələrini ehtiramla yad etdi.
    Beyləqan rayon İcra hakimiyyətinin  başçısı cənab Asif Ağayev çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatlarından, uğurlarından söz açıb. Bu gün də bu uğurların möhtərəm prezident cənab İlham Əliyev tərəfindən  uğurla davam etdirilməsini vurğuladı. Azərbaycan Respublikasının  birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə göstərdiyi  diqqət və qayğını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Ölkəmizdə gedən quruculuq, abadlıq işlərinin Beyləqanda da uğurla davam etdirilməsindən bəhs edib, müəllimləri,şagirdləri, valideyinləri yeni dərs ilinin başlaması münasibətilə təbrik etdi.
    Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tahir Həsənov, kənd bələdiyyəsinin sədri  Məzahir  Nazarov, ikinci qrup Qarabağ əlili  Saleh Şixəliyev, kənd sakini İlqar Məmmədov çıxış edərək kənd sakinlərinə göstərilən  diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə, Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
    Sonda məktəbin sinif otaqlarına, fənn kabinetlərinə baxış keçirildi.

 

 

 

Keçidlər