Rayonun Tatalılar kənd inzibati ərazi dairəsində səyyar qəbul-görüş keçirildi.
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 17 sentyabr 2019-cu il tarixdə rayonun Tatalılar kənd inzibati ərazi dairəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir.
Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə söz istəyən Tatalılar kənd sakini, təqaüdçü İmanov Etibar Rəşid oğlu Tatalılar kəndi ilə qonşu Təzəkənd kəndini birləşdirən körpünün cari təmir olunmasını xahiş etdi. Məsələnin həlli istiqamətində “37 saylı Yol İstismarı” MMC-nin direktoruna müvafiq tapşırıqlar verildi.
Kənd sakini, mülkiyyətçi Əliyev Cahangir Sevdimalı oğlu Tatalılar kəndində hazırda istifadə olunan tibb məntəqəsinin cari təmir olunmasını xahiş etdi. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev qeyd olunan məsələnin həll olunması üçün aidiyyəti üzrə Beyləqan Mərkəzi rayon Xəstəxanasının Baş həkiminə müvafiq tapşırıq və tövsiyələr verdi.
Kənd sakini Məmmədov Nəsib Həsən oğlu övladının işlə təmin olunmasına və Əsgərov Raqil Çingiz oğlu ailə vəziyyətini nəzərə alaraq kənd ərazisində müvafiq işlə təmin olunmasına köməklik edilməsini xahiş etdi. Vətəndaşlara bildirildi ki, müvafiq sənədlərini təqdim etdikdən sonra Tatalılar kənd uşaq bağçasında gözətçi vəzifəsinə təyin ediləcəklər. Qeyd olunan məsələnin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Tatalılar kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.