Rayonun Mil qəsəbə inzibati ərazi dairəsində səyyar qəbul-görüş keçirildi.
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon icra hakimiyyəti başçısı Asif Ağayevin 25 sentyabr 2019-cu il tarixdə rayonun Mil qəsəbə inzibati ərazi dairəsində növbəti səyyar görüşü keçirilmişdir.
Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əflatun Rufiyev, rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə qəsəbə sakinləri-Əliyev Nəsib Zülfəli oğlu qəsəbə ərazisində yaşayan əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılmasını, Rüstəmov Qənimət Şahmar oğlu qəsəbə ərazisinə SİB kabelin çəkilişi işinin sürətləndirilməsini, Əliyev Oruc Əşrəf oğlu pay torpaq sahəsinin suvarılması üçün suvarma suyu arxının lildən təmizlənməsini,Əliyev Rafiq Nəsib oğlu yaşadığı məhəllə yoluna qum-çınqıl materalı tökülərək carı təmir olunmasını, Mehdiyev Əlisəfa Şəmil oğlu yeni salınmış məhəllədə həyətyanı torpaq sahəsini vaxtında suvara bilməməsindən şikayətlənərək suvarma üçün artezian quyusunun qazılmasını xahiş etdilər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş və müvafiq izahatlar verilmişdir. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Mil qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.