Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd edildi.

05 oktyabr 2019 | 16:00

       05 oktyabr 2019-ci il tarixdə Beyləqan rayonunda Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Beyləqan rayon İcra hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, rayon Təhsil şöbəsinin məsul işçiləri və rəhbərliyi, müəllimlər, ictimaiyyət və mətbuat nümayəndələri iştirak etdilər.       
İlk öncə tədbir iştirakçıları tərəfindən şəhər mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə tər gül dəstələri qoyuldu və Ümummilli liderin xatırəsi dərin ehtiramla yad edildi.
      Sonra Gənclər Mərkəzində davam etdirilən tədbiri giriş sözü ilə açan rayon Təhsil şöbəsinin müdir əvəzi Tahir Həsənov Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edərək onlara çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzuladı. T.Həsənov respublikada təhsilin inkişafından, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs etdi.
     Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin müəllimlərə təbrikini çatdıraraq  ölkəmizdə təhsil sahəsində aparılan dövlət siyasətindən söhbət açdı. Bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil islahatları, qəbul olunan Dövlət Proqramları hər bir müəllim üçün stimul yaradır.
      Tədbirdə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən  “Tərəqqi” medalı ilə təltif olunmuş rayonun Allahyarlı kənd tam orta məktəbinin müəllimi  Asif Cəfərov çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına minnətdarlığını bildirdi.
     Sonda gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətlərində fərqlənən rayonun bir qrup müəllimləri rayon Təhsil şöbəsinin Fəxri Fərmanı ilə təltif olundu.

Keçidlər