Şriftin ölçüsü :

Saytın rəngi :

Energetika nazirinin müavini Elnur Soltanov Beyləqanda vətəndaşları qəbul etdi.

18 oktyabr 2019 | 16:00

     Oktyabrın 18-də Energetika nazirinin müavini Elnur Soltanov  Beyləqan şəhərində Heydər Əliyev Mərkəzində Beyləqan və Füzuli rayonlarının sakinlərini qəbul etmişdir.  Vətəndaşlar elektrik enerji təchizatı, qazlaşdırma, elektrik enerjisi və ya qaza görə hesablanmış borc və cərimələrin silinməsi, qaz sayğaclarının quraşdırılması, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırdılar.
     Nazir müavini Elnur Soltanovun iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciəti dinlənildi, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verildi. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alındı.

Keçidlər