Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda qanvermə aksiyası keçirilmişdir.

29 oktyabr 2019 | 16:00

       Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Beyləqan rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə 29 Oktyabr 2019-cu il tarixdə rayon Mərkəzi Xəstəxanasında qana  ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilmişdir.
   “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında “ Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq rayonda həyata keçirilən qanvermə aksiyasında 230 nəfər rayon sakini iştirak etmişdir.
     Kompaniyanın təşkil olunmasında  məqsəd hemofiliya,talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərə,xüsusən uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Keçidlər