Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Aşağı Çəmənli kəndində səyyar qəbul-görüş keçirildi.

29 oktyabr 2019 | 16:00

      Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin  başçısı Asif Ağayevin 29 oktyabr  2019-cu il tarixdə rayonun Aşağı Çəmənli kənd inzibati ərazi dairəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü  keçirilmişdir.
     Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər,  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
     Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
     Görüşdə Aşağı Çəmənli kənd sakini, mülkiyyətçi Orucov Maqsud Mahmud oğlu kənd ərazisində SİB kabelin çəkilməsini, mülkiyyətçi Quliyev Yaşar Ənvər oğlu məhəlləyə tökülmüş zibil tullantılarının götürülməsini, Əmirov Cəlal Barat oğlu içməli su təminatının yaxşılaşdırılmasını, Həziyev Zakir Ədalət oğlu pay torpaq sahəsi verilməsinə köməklik olunmasını xahiş etdi. Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
    Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
      Aşağı Çəmənli kənd  sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər