Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirildi.

08 noyabr 2019 | 16:00

        Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır. İştirakçılardan öndə 30 metr uzunluğunda Dövlət bayrağı əsgərlərin çiyni üzərində aparıldı.Yürüşdə   Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, hüquq mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin əməkdaşları, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər, mətbuat nümayəndələri iştirak etdilər.
    “Bayraq yürüşü”  Heydər Əliyev parkından start götürərək Şəhidlər Xiyabanından keçməklə  Şəhər Mədəniyyət və İstirahət Parkında başa çatdı. 3 rəngli Azərbaycan bayraqlarının dalğalandırıldığı izdiham 3 km məsafədə  yürüş etdi.Yürüş başa çatdıqdan sonra tədbir şəhər Mədəniyyət və İstirahət parkında təşkil edilmiş konsert proqramı ilə davam etdirildi.Bədii hissədən öncə Dövlət himni səsləndirildi.Tədbirdə vətənpərvərlik mövzusunda mahnılar oxundu,şeirlər söylənildi və bədii kompozisiyalar nümayiş etdirildi.

 

Keçidlər