Beyləqan rayon Mədəniyyət mərkəzinin “Gənclik" Xalq Teatrının hazırladığı dahi Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı mövzusunda "Mən bu cahana sığmazam” tamaşası nümayiş olundu.
2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar 06 noyabr 2019-cu il tarixində Beyləqan rayon Mədəniyyət Mərkəzində rayon İcra Hakimiyyətinin dəstəyi, Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Beyləqan rayon “Gənclik" Xalq teatrı dahi Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı mövzusunda 'Mən bu cahana sığmazam” tamaşası nümayiş olundu.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev və digər məsul işçiləri, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəhbər işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, bütün mədəni-maarif müəssisələrinin işçiləri, həmçinin, rayon ziyalıları və ümumtəhsil məktəblərinin müəllim kollektivləri iştirak edirdi.
Orta əsrlərin zülməti içərisində günəş kimi parlayan böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi irsinin bizim üçün daha qiymətli ideyaları zülmə və istibdada qarşı üsyan motivləri əsasındahazırlanmış tamaşa və aktyorların yüksən peşəkarlığı tamaşaçıların böyük rəğbətinə səbəb oldu.