Rayonun Yeni Mil qəsəbəsində səyyar qəbul-görüş keçirildi.
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 12 noyabr 2019-cu il tarixdə rayonun Yeni Mil qəsəbə inzibati ərazi dairəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir.
Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə Yeni Mil qəsəbə sakini, təqaüdçü Babaşov Şirvan Usub oğlu içməli su təminatının yaxılaşıdırlmasını, mülkiyyətçi Əzizov Fəxrəddin Yaqub oğlu yeni tikdiyi fərdi yaşayış evinə elektrik xəttinin çəkilməsini, Rzayev Akif Vəli oğlu qəsəbə ərazisində müvafiq işlə təmin olunmasını, Həşimov Süleyman Çingiz oğlu avtomobillərin rahat hərəkəti üçün yolun çiyin hissəsinə qum-çınqıl materialının tökülməsini xahiş etdi. Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları bu və digər məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Yeni Mil qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.